Alkoqollu içkilər və tütün məmulatları ilə bağlı dəyişiklik - Artur Rəsizadə qərar verdi

img

01-11-2016 [15:00]


Azərbaycan Nazirlər Kabineti "Bəzi istehlak mallarının istehsalı və dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 289 nömrəli fərmanının icrası barədə" qərarında dəyişikliklər edib.

Dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Qərara əsasən, bundan sonra alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı ilə bağlı keyfiyyət göstəricilərinə dövlət nəzarətini təkmilləşdirmək məqsədi ilə xüsusi razılıq (lisenziya) verilməsi üçün təkmilləşdirilmiş əlavə şərtlər tələb olunmayacaq.

Sənəddə Azərbaycan ərazisində mülkiyyət formasından asılı olmayaraq etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatlarının qanunsuz (lisenziyasız) istehsal edilməsinə qarşı müvafiq dövlət orqanlarının əlaqəli mübarizəsinin təşkil edilməsi ilə bağlı hissə də ləğv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA