01-11-2016 [14:03]
Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda iki ölkə arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb.
Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forum çərçivəsində iki ölkə arasında Qəbələ rayon İcra Hakimiyyəti ilə Rusiyanın Stavropol vilayətinin Kislovodsk kurort-şəhəri administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair saziş, Nərimanov rayon İcra Hakimiyyəti ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq barədə niyyət protokolu, Rusiyanın Həştərxan vilayətinin Nərimanov rayonu bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında saziş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa saziş, "Azpromo" ilə Dağıstanın Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlıq haqqında memorandum, "Azpromo" və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Forum çərçivəsində həmçinin, "Bentonit" MMC, "ADY Exspress" MMC və "AzRosPromInvest” MMC arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın "Glass House" şirkəti ilə Dağıstanın "Xəzər Vərəqə Şüşə Zavodu" ASC arasında mallar təchizatı üzrə niyyət sazişi imzalanıb.
Daha sonra VII Azərbaycan-Rusiya Regionlararası Forumunda mükafatlandırma mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətinə və xidmətlərinə görə təltif olunmuş Həştərxan vilayətində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirovaya "Tərəqqi" medalı təqdim olunub. Medalı Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim edib. Qeyd edək ki, Heydər Əliyev adına 11 nömrəli orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb və Fondun Həştərxan vilayətində həyata keçirdiyi layihələrdən biridir. Həştərxandakı fəaliyyətinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.









APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi