Kəmaləddin Heydərov Qətər şeyxləri ilə bir arada - Fotolar

img

01-11-2016 [11:55]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olub.

Nazirlikdən daxil olan məlumata görə, Qətər Dövlətinin Baş naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə baş tutan səfər çərçivəsində nümayəndə heyəti "Millipol Qətər-2016” daxili təhlükəsizlik sərgisi ilə tanış olub.

Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşən nazir ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Səfər çərçivəsində Kəmaləddin Heydərov Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Əl Tani ilə də görüşüb. Görüşdə iki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə imkanlarının genişləndirilməsi məqsədilə Birgə Komissiyanın işinin səmərəli təşkilinin vacibliyi qeyd edilib.

Kəmaləddin Heydərov Qətər şeyxləri ilə birgə -   Fotolar
Kəmaləddin Heydərov Qətər şeyxləri ilə birgə -   Fotolar
Kəmaləddin Heydərov Qətər şeyxləri ilə birgə -   Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA