Nazir Səlim Müslümova medal verildi - Xidmətlərinə görə...

img

31-10-2016 [17:18]


Əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümova Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə akademiyanın "Mühəndislik Rəşadəti” qızıl medalı təqdim olunub. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurası iqtisad elmləri S.Müslümovun elmin inkişafında davamlı və səmərəli fəaliyyətinə, əhalinin sosial müdafiəsi sahəsində mütərəqqi beynəlxalq normalara uyğun idarəetmə strukturlarının və  pensiya sisteminin formalaşdırılmasında aktiv iştirakına, habelə 55 illik yubileyinə görə akademiyanın "Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunmasına dair qərar qəbul edib.
 
Nazir göstərilən yüksək diqqətə görə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasına minnətdarlığını bildirib, bundan sonra da ölkəmizin tərəqqisi prosesində fəal iştirak etmək əzmində olduğunu vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl, 2016-cı ilin iyun ayında isə S.Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə akademiyanın həqiqi üzvü seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA