31-10-2016 [16:19]
Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov Beynəlxalq Avtovağzal Kompleksinin nəzdində fəaliyyət göstərən ticarət mərkəzinin fəaliyyətini dayandırması ilə bağlı danışıb.
Mia.az xəbər verir ki, sabiq deputat Modern.az-a özəl açıqlamasında yazılanların sensasiyadan başqa bir şey olmadığını bildirib:
"Bu kompleks əhaliyə xidmət göstərmək, sosial problemlərin həlli üçün yüksək səviyyədə icra olunan, analoqu olmayan layihədir. Buna sevinmək lazımdır. Bu layihəni gerçəkləşdiridiyinə görə, kimisə suçlamaq lazım deyil, əksinə? sevinmək lazımdır.
İndi deyək ki, ofşor bir şirkət Azərbaycana investisiya qoyub? belə bir infrasturktur yaradıb, bu ölkədə kimi narahat edir, niyə narahat edir?
İnfrastruktur ölkə rəhbərliyinin siyasətinə uyğundursa, ölkədə investisiyanın sağlam mühiti, həyata keçirilən quruculuq-abadlıq işləri, ölkənin inkişafı ilə vəhdət təşkil edirsə, bu, mətbuatı, ictimaiyyət arasına çaşqınlıq salmaq istəyən insanları niyə narahat edir?
Mən də bu cəmiyyətin üzvü, vətəndaşı kimi narahatam ki, niyə insanlar məsələni yanlış istiqamətə sürükləyirlər?”.
E.Məmmədov Beynəlxalq Avtovağzal Kompleksinin ərsəyə gəlməsində iştirak etdiyini də bildirib:
"Bunu yaradan biz- Məmmədovlar olmuşuq, bunu Azərbaycan üçün etmişik, dövlətimiz, qədrini bildiyimiz xalqımız üçün eləmişik. Ölkə rəhbərinin iradəsilə etmişik, yaxşılıq edib ölkədə analoqu olmayan infrastruktur yaratmışıq. Bunun nəyi pisdir ki?
Niyə sensasiya dalınca qaçır hamı? Niyə bir dəfə yazmırsınız ki, Elton Məmmədov filan elmə yenilik gətirib. Niyə yazmırsınız? Sensasiya üçün kimdə desəniz, qərəz tapmaq olar”.
E.Məmmədov deyib ki, Beynəlxalq Avtovağzal Kompleksindəki ticarət mərkəzi əvvəlki qaydada fəaliyyətini davam etdirir:
"Demək istəyirəm ki, "Bakı XXI Əsr” MMC-nin mülkiyyətçisi olduğu Beynəlxalq Avtovağzal Kompleksi iş rejimi üzrə fəaliyyətini davam etdirir. Heç kimin bu kompleksin işinə basqısı, müdaxiləsi yoxdur. Bu gün qanunvericiliyə uyğun, fiziki, hüquqi şəxsin təsərrüfatında, obyektində hər hansı qurum tərəfindən yoxlama gedirsə, bu, faciə deyil və faciəyə çevirmək də lazım deyil.
Hüquq müstəvisində, qanunvericiliyə uyğun şəkildə rüblük, illik yoxlamalar həyata keçirilir, heç bir müdaxilələr də yoxdur. Eyni zamanda, ticarət mərkəzində bir mağazanın bağlanması onların hamısının bağlanması demək deyil. Həm də ticarət mərkəzinin bağlanmadığına əmin olmaq üçün oraya baş çəkmək kifayətdir.
Ölkə rəhbərliyinin də tövsiyə və tapşırıqları budur ki, yeni iş yerləri açılsın, insanlar işlə təmin olunsun. Çox sayda insanın çalışdığı bir yerlə bağlı niyə yalançı sensasiya yaradılır, nə məqsəd güdülür, buna anlam vermirəm.
İstəyimiz budur ki, insanlar işləsin, evinə əmək haqqı aparsın, balasını sağlam dolandırsın, ictimai sabitlik olsun. Biz bu komandanın üzvü olaraq daim bunun üçün çalışmışıq, ömrümün qalan hissəsini də bu yola sərf edəcəyəm. Qoy cəmiyyətimiz gözəl olsun, gələcəyimiz sağlam olsun. Çünki bu ictimaiyyətin qeyd etdiyim istiqamətdə inkişafı üçün vətəndaş, valideyn olaraq maraqlı olmalıyıq.
Hamımızın amalı bu olmalıdır: quruculuğumuz davam etsin, inkişaf etsin, övladlarımız sağlam böyüsün”.
Qeyd edək ki, artıq bir neçə gündür ki, mətbuatda Beynəlxalq Avtovağzal Kompleskinin Ticarət Mərkəzinin fəaliyyətini dayandırdığına dair informasiyalar yer alır.
Səbəb kimi Avtovağzal ərazisinə Vergilər Nazirliyinin əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilirdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi