31-10-2016 [10:25]
Bakıdan çıx, üz tut Pirşağıya, yaxud bir başqa şəhərətrafı qəsəbəyə, həəə, hazır ol, yol boyu ölkənin bütün əyər-əskiyini, nöqsanlarını, eyiblərini görəcəksən. Nöqsanlar isə bir deyil, iki deyil. Payız yağışlarından sonra yollar Atlantik okeanına dönüb, zirzəmiləri su basıb. Bax indi yağış qurtarıb, buluddaşıyan xəzrini gilavar əvəzləyib... amma görürsən dəəə... FHN-in işçiləri, üstü yazılı avtomaşınları hələ də küçələrdən yığışmayıblar. Yağış suyu qarışıb çirkab sularına, vəssəlam, aləmi iy götürüb. Avtobus dayanacaqlarında xalqın kasıb görkəmi xüsusən gözə girib, adamın ürəyini ağrıdıb dağlayır.
Bax, bu da səfərimizin son nöqtəsi - Pirşağının 17-ci əsrə aid qədim kənd məscidi.
"Yeni Musavat” əməkdaşlarından biriylə - gülərüz Elşən Balaxanski ilə görüşümü bu qəliz ünvana təyin etmişəm. 179 saylı sərnişin avtobusundan elə təzəcə aşağı enmişdim ki, arxamca siqnal səsi gəlir. Köhnə "Jiquli”nin açıq pəncərəsindən tanış əl çıxıb mənə irəlidəki magistral yolu nişan verir.
- Nərdarana gedən bax bu yoldu. Tez elə, əyləş yanımda. Yol özü dartıb aparacaq bizi Eldar Mahmudovun bağ evinə. Səs eləmə. Gizli gedirik...
***
Bir neçə saat sürən məxfi əməliyyatımızı uğurla başa vurub geri qayıdırdıq. Fikrimiz, xəyallarımız az sonra Balaxanıda içəcəyimiz ətirli samovar çayı ətrafında qanad çalır. Əlini sükandan ayırmayan Elşən qəfil dillənir.
- Heç gözləyərdin, o yekəlikdə nazir bizim qabağımıza özü çıxsın, Həmid? Olan-keçəni bittə-bittə, xırdalıqlarına qədər, deyib-danışsın? Ölkəni vursun biri-birinə?
- Nə danışırsan, Elşən? Ağlıma gətirə bilməzdim bunu. Deyirdim, Eldar Mahmudov heç Azərbaycanda yoxdu. Qaçıb, yaxud da qaçırdıblar. Şükür... Eşitdin dediklərini... Əhvalat mətbuatda yazılan kimi deyilmiş heç. Heyif, fotosunu çəkməyə, videogörüntüsünü almağa imkan vermədilər.
Zabrat artıq arxadaydı. Balaxanaya çataçatdaydıq. Qəfil eşitdiyim bu sözlər məni əməlli-başlı özümdən çıxardı.
- Video çəkirdin ki sən? Telefonunun, özüm gördün, düyməsini basmışdın. Elşən, qorxutma məni. Şəklini də çəkmədin?
Yol boyu izlənib güdülməyimizi düşünən Elşənin ayaq pəncəsi nəhayət, qaz pedalının üstündən ayrıldı. O, əlinin bircə dəqiq hərəkətiylə döngə işığını yandırıb dedi:
- Girdik eyyy Balaxanıya. Bura kiçik vətənimdi. Kimin ağzı nədi burda məni tutub saxlasın. Ay Həmid, Eldara gəldikdə, onun videosunu da çəksəydik, lap belə canlı yayımda müsahibəsini də versəydik, xeyri yoxdur, deyəcəkdilər Eldar özü deyil, oxşarıdır. Jurnalistlər ucuz sensasiya dalınca qaçıb, bu oxşarı tapıb danışdırıblar.
Arxaya boylandım. Əmin oldum, daha bizi güdən-filan yoxdu.
***

Nardaranda Eldar Mahmudovun bağını axtara-axtara neyçünsə, özümüz də bilmədən gəlib çıxırıq pirə. Rəhimə xanımın uca dərgahına. Yeddinci imam Museyi-Kazımın qızının məzarına. Məhərrəmlik günləridi. Amma əvvəlki gur izdihamdan indi Nardaranda əsər-əlamət yoxdu. Pirin daxilində həm də hava çox soyuqdu - danışanda, yaxud dua pıçıldayanda ağzından ağ buxar sütunu çıxır. Bunu görən bir kənd balasının elə bil dərdi açılır.
- Günümüz göy əskiyə bükülüb. Bir ayda 170 kənd sakinini işığa görə cərimələyiblər. Bəhanələri də odur ki, bəs biz işıq naqillərinə qanunsuz müdaxilə edirik. İş yoxxxx...güc yoxxxx....evdə uşaqlar donur, həyət-bacada ağac-filan qalmayıb, camaat kəsib doğrayıb. İstixanaların taxta-tuxtasını kəsib basmışıq sobalara. Qış da, görürsüz, tərslikdən bu il tez gəlib. Hələ pirin ayağına 46 min borc yazıblar. Bundan danışın eyyyy...

- Mətbuat bəs yazırdı ki, prezident bu pirə gəlib? Camaatın 12 milyon manatlıq işıq borcunu sildirib...
Camaat da elə bunu deyir - "İlham Əliyev gəldi, borclarımızı sildi, bəs bu borc hardan çıxdı, həəə?
Pirin həyətindəyik bu saat. Yanımızdan təpədən-dırnağacan silahlanmış hərbçi patrullar keçib biz tərəfə tərs-tərs baxırlar. Onlara uzaqdan-uzağa təbəssümlə cavab verməyi anında özümüzə borc bilirik.
Ancaq bu təbəssüm elə bizim sifətimizdədi. Kənd camaatının üzündən bu təbssüm çoxdan silinib.
- Ağsaqqalarımıza işıq idarəsində dedilər ki, bəs silinən borclar qeyri-əhalinin olub. Bu qeyri-əhali kimdi? Desinlər, bilək, bu qeyri-əhali 12 milyon borcu necə yığıb, nə vaxt yığıb? Prezident Nardaran camaatının 12 milyonluq işıq borcunu silmişdi axı...
Pirin qoşa minarələri arasında pərvazlanan ağ göyərçinlər qıy vurub yanımızdan ötürlər. Bir an bu bədii ricət diqqətimizi mövzudan yayındırır. Pirim ən yüksək nöqtəsindən Nardarana baxıb onun bu qəmli günlərini həmişəlik yaddaşımıza həkk etmək istəyirik. Sonra qayıdırıq bayaqkı mövzumuza.

- Bəlkə "qeyri-əhali” dedikləri, kəndinizdəki qırağyerli bağ sahibləridir, hə? Milyoner rəislər, korrupsioner məmurlardı? Bəlkə deyirəm Eldar Mahmudovun işıq borcuna siliblər bu 12 milyonu? Bağı burdadır da Eldarın...
- Bu kənddə kimin bağı yoxdu ki... Biz də bilirik Eldar Mahmudovun bağ evi bu ətrafdadı.
- Eldar Mahmudov nazirkən bu kəndə, bu pirə bir xeyri dəyib heç?
Sualım, qabağımdakı kənd balasını diksindirib qorxudur. O, səsini bir pillə aşağı salır.
- Nəzir-niyazı bura, bir nazir var, onun anası hər il göndərərdi. Bu il o da olmadı. Yetim-yesirə nəzir-niyaz çatmadı. Biz ancaq Eldarın adını eşitmişik. Bilirik OBXSS olandan özünə kəndimizdə bağ sahəsi alıb. Koma qaraldıb. Sonra da nazir oldu. Komanı çevirdi imarətə. Dörd tərəfi qala divarı. Üstü də ki, videokameralar. Gələni-gedəni güdür...
Həmsöhbətimiz sükuta qapıldı. Əliylə kəndin qurtaracağını nişan verib əlavə etdi.

- Bağı odey, o başdadır. Gedin irəli. Qoşa anqarlar olan yerdə burulun sağa, sallanın aşağı. Daharlıqdan sonrakı yekə, heyvərə mülk Eldar Mahmudovundu.
***
Deyildiyi kimi gəlib çıxdıq daharlığa. Sallandıq aşağı. Axır yetişdik Eldar Mahmudovun dəmir darvazasına. Darvaza bilmirəm niyə, hansı səbəbdən qara rəngə boyanmışdı. Təzəcə rəngləmişdilərmi onu, yoxsa əvvəldən rəngi beləydi, bilinmədi bu. Məncə, Eldar Mahmudov özü bilərəkdən qapısını qara rəngə boyatdırmışdı.
Mətbut yazır ki, Eldarın bağ evi dörd tərəfdən xüsusi nəzarət altındadır. Ətrafında əlisilahlılar keşik çəkərək Eldarın hər bir hərəkətini diqqət mərkəzində saxlayırlar.
Ay-hay... Heç də belə deyilmiş. Bağın ətrafında bir xeyli gəzişdik. Qarşımıza bir ins-cins çıxıb "burda nə gəzirsiz?” sualını vermədi. Videonəzarət kameralarının önündə foto çəkib içərdikələrin səbrini imtahana çəkmək qərarını verdik. Xeyri olmadı.

Axır, daha sizdən nə gizlin, cürətləndim. Qara darvazaya yaxınlaşıb, gözətçi hücrəsinin tünd şüşəsini taqqıldatdım. Gözlədim xeyli. Hay verən tapılmadı. Lap cürətlənib qara darvazaya yaxınlaşdım... Əlimi elə təzəcə qapıya tərəf uzatmışdım ki, qapı yerindən tərpəndi. Gördüm qapı öz-özünə, avtomatik açılır. Başa düşdüm ki, səs eləmə, bağda kimsə var. İki addım geriyə çəkilib görmə əhatəmi azca genişləndirdim. Bu vaxt qəfil qapı öz-özünə bağlandı. İçəridən addım səsləri gəldi. Əynində nişansız hərbi geyim, əlində ratsiyatəhər ev telefonu tutan mühafizəçi qarşımızda peyda oldu. Eldar Mahmudovla görüşə gəldiyimizi bilincə əlindəki telefonu qurdalamağa başladı. Arada bizdən xəbər sordu.
- Kimsiz? Niyə gəlibsiz bura?
Cavabımız çoxdan hazırdı.
- Köhnədən tanışıq.

- O burda yoxdu. Adınızı deyin, xəbər verərik ki, gəlmişdiz.
Suala cavab verməmək naminə "Eldar müəllim nə vaxt burda olur? Nə vaxt gəlsək onunla görüşə bilərik?” cümləsini pıçıldayırıq. Hərbiçi çiyinlərini çəkib, özünəməxsus sərt şəkildə "Bilmərəm” deyib təzədən adımızı soruşur. "Jurnalistlərik” deyib
Eldar Mahmudovla müsahibəyə gəldiyimizi daha gizlətmirik. Nəzarətçi "Çıxıb gedin. O, burda yoxdur” deyərək qara qapıların arxasında gözdən itir.
Qonşuları da soraqlayıb Eldar Mahmudov barədə əlavə məlumat toplamağa çalışırıq. Qonşulardan biri "Eldar Mahmudov nazir olarkən də bağına nə vaxt gəlib-getdiyini kənar şəxslərdən kimsə bilməzdi. Maşınları bir-birinə oxşayırdı. Nömrələri 10-la başlayıb 009-la bitirdi. Bilmək olmurdu hansı maşınla glib, hansı maşınla gedir. İndinin özündə də bağı əvvəlki kimi çiraqban olur. Kim bilir burdadı, burda deyil”.
***
Nardarandan qayıdanda bizi düşündürən bir sual vardı - 12 milyon işıq borcunun Eldar Mahmudova dəxli olub? Nazir olanda ondan alınmayan işıq pulunu kim ödəyəcək?
Həmid HERİSÇİ
Elşən BALAXANILI
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi