30-10-2016 [13:44]
Ləğv edilmiş MTN-dəki Çovdarov-Mahmudov qruplaşmasının üzvlərinin Bakıda və ölkənin digər yerlərində çoxsaylı daşınmaz əmlaka, kommersiya obyektlərinə, digər aktivlərə malik olduğu məlumdur. Xəbər verildiyi kimi hazırda məhkəməsi gedən general Akif Çovdarovun və yaxınlarının çoxsaylı mülkünə, bank hesablarına və digər aktivlərinə həbs qoyulub. Bu aktivlərin dəyəri on milyonlarla manatdır. Çovdarovun aktivləri onun ailə üzvlərinin və çoxsaylı benefisiarlarının adlarına olub.
Mia.az Virtualaz.org-a istinadən xəbər verir ki, belələrindən biri də generalın kürəkəni Qasımov Rövşən İsa oğludur.
O, Çovdarovun işi üzrə istintaqda şahid qismində dindirilib. Deyib ki, "Aqua Agro” MMC-nin direktorudur. Həmin MMC-ni ona görə təsis etmişdi ki, Çovdarovun Bakının Masazır qəsəbəsində, "Şuşa” qaçqın şəhərciyi tərəfdə yerləşən istixanaların arxasında balıqçılıq təsərrüfatı yaratsın.
Həmin istixanalar Çovdarovun arvadının adına olan "Bəhrə-2010” MMC-yə məxsusdur.
Kürəkən deyir ki, balıqçılıq təsərrüfatını yaratmaq ideyası da elə həmin istixanaların tikintisi zamanı yaranıb. 2010-cu ildə istixanaların tikintisi başlayanda Çovdarovun kürəkəni, onun iş ortağı Məmməd Cəfərov və keçmiş polis əməkdaşı, "Bəhrə-2010” MMC-nin direktoru Adil Yaqubov "xoş vaxt keçirmək üçün” hər şənbə günü əraziyə yığışırlarmış. Və belə "xoş günlərdən birində” ideya irəli sürülür ki, istixanaların arxa tərəfində balıqçılıq təsərrüfatı yaradılsın.

Beləliklə, kürəkən və iş ortağı balıqçılıq təsərrüfatı yaratmaq üçün Masazır bələdiyyəsindən 2 hektar torpaq alıb. Tikinti başlayıb və 2015-ci ildə yekunlaşıb. Bu işə Rövşən Qasımovun və ortağının 500-600 min manat xərci çıxıb.
Dediyinə görə, pulun 450 min manatını ortağı qoymuşdu. Lakin tikintini yekunlaşdırmaq ərəfəsində baş verən devalvasiya M.Cəfərovun maliyyə vəziyyətini pisləşdirib. O, qərara alıb ki, Çovdarovun kürəkəni ilə birgə biznes layihəsindən çıxsın. Həmçinin xahiş edir ki, balıqçılıq təsərrüfatınq qoyduğu pul qaytarılsın.
R.Qasımov isə bu qədər pulu dediyinə görə, birdən qaytarmaq imkanında olmur. Razılaşma əldə olunur ki, pul hissə-hissə qaytarılsın. Generalın kürəkəni əvvəlcə pulu məşğul olduğu taxta alveri ilə qaytarmağa çalışır. Şərtə görə o, Rusiyanın Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən taxta sexindən (Bu sexin Çovdarova məxsus olduğu haqda məlumatlar var) ayda 5 vaqon taxta gətirib ortağına verməliydi ki, satıb pulunu götürsün. Lakin tikinti biznesi çökdüyündən taxta alveri də zəifləyib. M.Cəfərov isə xahiş edib ki, pulu qaytarmağı tezləşdirsin.

Nəticədə generalın kürəkəni 2015-ci ilin aprelində Sahibkarlığa kömək Milli Fondundan kredit götürə bilmək üçün MMC-ni qaynanasının adına keçirir. Bunu belə əsaslandırır ki, kredit götürə bilmək üçün işləyən müəssisə lazım idi. "Bəhrə-2010” MMC-nin istixanaları isə işə düşmüşdü və "Aqua Agro”nu qaynanasının adına keçirəndən sonra kredit almaqda problem olmayacaqdı.
Bu minvalla balıqçılıq təsərrüfatının yerləşdiyi torpaq sahəsi 2015-ci ilin iyun ayında İbadət Çovdarovanın adına rəsmiləşdirilir. Kürəkən deyir ki, bundan sonra kredit almaq üçün sənədləri hazırlamaqda idi ki, qayınatası həbs olundu. Və o, utandığından kredit üçün Fonda müraciət etmədi. Nəticədə ortağına 57 min manat borcu qaldı.
Çovdarovun R.Qasımovla evli olan qızının adına isə Binəqədidə, "Bolluq” bazarının yanındakı 6 mərtəbəli obyekt var. Həmin tikinti 2016-cı ilin martında yekunlaşıb, ancaq içi təmirsizdir. Birinci mərtəbəsi mağazalar, sonrakı mərtəbələri isə ofislər kimi icarəyə verilməliydi...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi