29-10-2016 [21:50]
Sabah Gürcüstanda parlament seçkilərinin ikinci turu keçiriləcək.İkinci tur çərçivəsində 50 Seçki Dairəsi üzrə deputatlığa namizədlərə səs veriləcək.
Məlumata görə, seçkilərdə partiyalar yox, onların irəli sürdüyü konkret namizədlər yüksək səs qazanmaq üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, seçkilərdən sonra Gürcüstan parlamentinin 2016-2020-ci illərdə fəaliyyət göstərəcək Gürcüstan parlamentinə üzv olan partiyalar artıq məlumdur. Seçkilər başa çatdıqdan sonra yeni parlamentin işində "Gürcü Arzusu-Demokrtik Gürcüstan”, "Vahid Milli Hərəkat” partiyaları və "Vətənpərvərlər Alyansı” bloku iştirak edəcəklər.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, "Gürcü Arzusu-Demokrtik Gürcüstan”partiyası parlamentdə iştirak etmək üçün 67 yer qazanıb. Bu partiyaya qanunverici orqanda rəhbəredici partiya statusunu almaq üçün minimum 9 yer lazımdır. Lakin "Gürcü Arzusu” partiyası parlamentdə minimum 113 yer qazanmaq və konstitusiya çoxluğu əldə etmək üçün 46 dairənin seçki məntəqələrində qələbə qazanmağı planlaşdırıb.
Millətçilik baxışları ilə seçilən "Vətənpərvərlər Alyansı” bloku 5%-lik baryeri keçib və parlamentdə 6 yer əldə edib. Artıq yeni seçiləcək parlamentdə heç nə dəyişilməyəcək.
Xatırladaq ki, 8 oktyabr parlament seçkilərinin Marneulidəki 36-cı daiirədə deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev və Tamaz Naveriani birinci turun yekununda qələbə qazana bilməyib və onlar sabah II turda eyni dairənin 48 saylı seçki məntəqəsində keçiriləcək seçkilərdə mübarizə aparacaqlar.
Bu arada "Vahid Milli Hərəkat” partiyası seçkilərdə daha səmərəli iştirak etmək üçün "+1” hərəkət planı hazırlayıb. Bu formula görə, hər bir partiya tərəfdarı "Vahid Milli Hərəkat” partiyasına səs vermək üçün özündən başqa səsverməyə bir nəfər gətirməlidir.
Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə iştirak edəcək 50 dairənin 47-də "Gürcü Arzusu”nun əsas rəqibi "Vahid Milli Hərəkat” partiyası olacaq.
Məlumata görə, artıq iki partiyadan irəli sürülən müxalifət nümayəndələri olan deputatlığa namizədlər seçkilərdə iştirak etməkdən imtina ediblər. Gürcüstanın eks müdafiə naziri İrakli Alasaniya və "Vahid Milli Hərəkat” partiyasının Zuqdididə mübarizə aparan namizədi Sandra Rulovs seçkilərdən imtina etsələr də onların adı seçki siyahısında gedəcək. MSK-dan bildirilib ki, əgər onlar səsvermə zamanı çox səs toplayarlarsa, hər iki imtina edən namizəd rəsmi şəkildə deputat mandatından imtina edəcəklər və bundan sonra həmin dairələrdə təkrar seçki keçiriləcək.
Məlumata görə, bu günlərdə uzun müddət seçki məntəqələrində müşahidəçilər qrupuna rəhbərlik etmiş Beynəlxalq Respublika İnstitutu (İRİ) Gürcüstanın MSK-sına, siyasi partiyalara, vəzifəli şəxslərə və hüquq müdafiəçilərinə tövsiyələrlə müraciət edib. İ və İİ tur dövrünü əhatə edən müraciətdə seçki komissiyalarına çox işləmək, seçki günü gərginlik yaratmamaq və MSK-ya etibar etmək tövsiyəsi edilib. (Report)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi