Şəxsiyyət vəsiqəsi haqqında qanunlara dəyiziklik və əlavələr barədə sənəd qəbul edildi

img

11-05-2010 [03:04]


Milli Məclisin bugünkü iclasında ?Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında? və ?Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında? qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə məsələ müzakirə olunub. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, Hüquq siyasət və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov çıxış edərək deyib ki, müəyyən yaş həddinə çatdıqdan sonra bu sənəd yenilənməlidir. Bu isə müəyyən problemlər yaradır: "Bu gün təklif olunur ki, şəxsiyyət vəsiqəsində etibarlılıq müddətinin göstərilməsi öz əksini tapsın. Bu həm vətəndaşlar, həm də dövlət üçün önəmlidir?. Əli Hüseynov şəxsiyyət vəsiqələrinə milliyətin yazılmasına gərək olmadığınlı deyib. Onun sözlərinə görə, Azərbaycanda elektron hökumət yaradılır və ona müvafiq olaraq əhaliyə Avropada olduğu kimi, fərdi məlumatların əks olunduğu elektron kartlar veriləcək. Həmin kartda vətəndaş barəsində bütün məlumatlar əksini tapacaq: ?Ona görə də belə bir təklifin praktiki olaraq nəzərə alınması gündəmdə deyil?. Deputat Baba Tağıyev müzakirələr zamanı şəxsiyyət vəsiqəsində insanların milli kimliyi haqqında məlumat verilməməsinin anlaşılmadığını deyib: ?Təəssüf ki, şəxsiyyət vəsiqəsində milli kimliyimiz göstərilmir. Konstitusiyanın 44-cü maddəsinə əsasən hər bir insanın milli kimliyini qorumaq hüququ var?. Vitse-spiker Bahar Muradova isə şəxsiyyət vəsiqəsində milli kimliyin yazılmasına ehtiyac olmadığını deyib. Millət vəkili Eldar İbrahimov isə məsələnin mahiyyətinin dərin olduğunu deyib: ?Biz xaricə gedəndə ya rus, ya azərbaycanlı olduğumuz bilinmir. Biz bu barədə fikirləşməliyik. Şəxsiyyət vəsiqəsində yox, pasporta milli kimliyimiz yazılmalıdır?. Millət vəkili Gövhər Baxşəliyeva isə pasportun hansı ölkəyə məxsus olduğunun yazıldığını və bunun problem yaratmadığını deyib: ?Dünya təcrübəsində belədir?. Müsavat deputat qrupunun üzvü İkram İsrafil də şəxsiyyət vəsiqəsində milli kimliyin yazılmasının vacib olduğunu vurğulayıb. Müzakirələrdən sonra Milli Məclis ?Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında? və ?Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında? qanunlara dəyişiklik və əlavələr edilməsi barədə sənədi qəbul edib. Həmin sənədə əsasən, şəxsiyyət vəsiqələrinin üzərində etibarlılıq müddəti göstəriləcək. Etibarlılıq müddəti bitən sənədlərin sahibi onu vaxtında dəyişdirməyəcəyi təqdirdə cərimələnəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA