DiN Şəmkir rayonunda yol polisi əməkdazının qətlə yetirilməsi ilə bağlı məlumat açıqlayıb

img

11-05-2010 [02:33]


Mayın 11-də saat 02.45 radələrində DİN BDYPİ-nin Şəmkir rayonu ərazisindəki daimi postunda rayonun Seyidlər kənd sakini Elşən Kazımov tərəfindən idarə edilən "VAZ-2106" markalı avtomaşın nəzarət qaydasında saxlanılıb. DİN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aparılmış araşdırmalar zamanı avtomaşının sənədsiz idarə edilməsi, habelə sürücünün sərxoş halda olması şübhə doğurduğundan E.Kazımov avtomaşından düşürdülüb. Onun sərxoşluq dərəcəsi müəyyən edilməsi üçün DİN BDYPİ YPX-nin əməkdaşı, polis serjantı Mehman Məmmədov tərəfindən xidməti "BMW" markalı avtomaşına oturdulub Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, Muxtariyyat kəndi ərazisində E.Kazımovla polis əməkdaşı arasında münaqişə baş verdiyindən avtomaşın saxlanılıb, bu zaman E.Kazımov düşərək qaçıb. E.Kazımov polis əməkdaşı tərəfindən tutularkən daşla onu qətlə yetirib, hadisə yerindən xidməti avtomaşında qaçıb və Seyidlər kəndi yaxınlığında düşərək gedib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Kazımov tutulub və onun orta dərəcəli sərxoş halda olması müəyyənləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA