FHN Kür çayının Sabirabadda bəndi dağıtması ilə bağlı məlumat yayıb

img

11-05-2010 [02:16]


Sabirabad rayonunun Mürsəlli kəndi yaxınlığında Kür çayı sahilində bəndin bir hissəsinin dağılması nəticəsində rayonun Mürsəlli, Ulacalı, Şıxlar və Bulduq kəndlərinin bəzi ərazilərinə daşqın suları ilə dolub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, gecə saatlarında hadisə rayonlarına cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əlavə qüvvə və texnikasının köməkliyi ilə bəndbərkitmə işləri aparılmış, qeyd olunan kəndlərin sakinləri təxliyyə olunmuşdur. Qeyd olunan ərazilərdə bəndbərkitmə işləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA