28-10-2016 [22:41]
Xalq artisti Fəxrəddin Manafov Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib.
Aktyor açıqlamasında baş verənlərin ona pis təsir etdiyini dilə gətirib:
"Bu, mənə çox pis təsir etdi. Onu bilirəm ki, teatrda xoşgələməz hadisələr baş verir. Baxmayaraq ki, teatrda rəhbərliklər dəyişilir, amma problem həll edilmir. Biri gəlir, o biri gedir. Yenə deyirəm, bilmirəm nə baş verir, bilmirəm nəyə görə gənc aktyor ordan çıxıb, yoxsa çıxarılıb. Mən, sadəcə, mediadan eşitdiklərimi, gördüklərimi bilirəm. Deməli, orda nəsə baş verir ki, Azərbaycan teatrında yeganə professional, bunu qorxmadan və tam məsuliyyətimlə deyirəm, dünya səviyyəsində peşəkar olan bir aktyor, teatra o qədər töhfələr vermiş belə bir insan teatrdan gedir. Demək ki, o məcburiyyət qarşısında olub.
Təsəvvür edə bilməzsiniz ki, Fuad necə gözəl insandır. Onun qədər öz peşəsinə sadiq, öz peşəsinə dəlicəsinə sevgisi, münasibəti bugünkü aktyorların heç birində görməmişəm. O baxımdan düşünürəm ki, əgər belə bir insan, belə bir böyük aktyor, mənim özümə örnək hesab etdiyim bir adam teatrdan gedirsə, deməli, orda nəsə baş verir. Və baş verən məhz aktyorun özündə deyil. Əgər onu tanımasaydım bunu deməzdim. O nəyinsə məcburiyyəti qarşısında bu addımı atıb. Orda nəyin baş verdiyini isə araşdırmaq lazımdır. Yəqin bu Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsi tərəfindən öyrənilməli, araşdırılmalıdır. Fuad Poladovun getməsi Azərbaycan teatrına, Akademik Milli Dram Teatrına böyük zərbədir. Əgər o, gedirsə, bu teatda kim qalacaq? Bu məsələnin bir tərəfidir.
O biri tərəfdən mənə elə gəlir ki, Fuad müəllim hər halda tamaşaçıları intizarda qoymaz, tamaşaçıların Fuad müəllimə böyük ehtiyacı var. Ümidvaram ki, Fuad müəllim bunları da nəzərə alacaq.
Ona ancaq səbr, səbr və səbr arzulayıram. Mən onu çox istəyirəm. İnşallah, hər şey yoluna qoyulacaq”.
Teleqraf.com
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb
Fərid Şəfiyev: "Ermənistanda keçiriləcək seçkilər bizim üçün maraqlıdır" - "Ümid edirik ki, Aİ ilə münasibətlərdə də yeni mərhələ açılacaq"
Türkiyəli nazir COP31-in sədri təyin olunub
Həbsdəki sabiq icra başçıları: hansılar amnistiyadan faydalanacaq?
Partiya sədrinin oğlu məhkəmə hakimi təyin olunub
Türkiyədə minimum əmək haqqı 1308 manat oldu - Qərar açıqlandı
İcra başçısı Günəş Şirvanskaya ilə bayram mərasimi üçün anlaşdı - 62 min manatlıq tədbir keçiriləcək
Türkiyə futbolunda qumar: daha 29 nəfər qandallandı - Aralarında məşhur "Qalarasaray"lı da var
Lənkəranda dələduzluq edən şəxs tutulub
Bu rayonlara qar yağır
"Gmail"də dəyişiklik - Artıq E-poçt ünvanları dəyişdirilə biləcək
"McDonald’s"ın reklamı yalan çıxdı
İki il əvvəl dağıntılar altında qalan 25 nəfərin cəsədi çıxarıldı - Biri jurnalistin meyitidir
"Fənərbağça"nın qolkiperi Polşaya gedir
Mərc oyunları ilə bağlı istintaq: 30 hakim "qara siyahı"ya alındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilər Bakıda hakim qarşısında
Zaxarova: "Biz ABŞ-ın Karib dənizindəki hərəkətlərini izləyirik"
Rusiya XİN: "Ukrayna böhranının həlli ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş var"
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI