Yüksək vəzifəli hökumət nümayəndələri Sabirabadda müzavirə keçirib

img

11-05-2010 [01:58]


Bu gün təbii fəlakətin baş verdiyi Azərbaycanın Sabirabad rayonunda Baş nazirin müavini Abid Şərifov, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin iştirakı ilə qabaqlayıcı tədbirlərin görülməsi ilə əlaqədar müşavirə keçirilib. ANS TV-nin hadisə yerində olan müxbirinin məlumatına görə, müşavirədən sonra jurnalistlərə heç bir açıqlama verməyən rəsmilər helikopterlə sel bölgəsinə havadan baxış keçirməyə başlayıblar. Qeyd edək ki, təbii fəlakətin baş verdiyi Azərbaycanın Sabirabad rayonu ərazisində Kür çayının bu gecə dağıtdığı bəndlərin bərpası davam edir. Kür çayında suyun səviyyəsinin artması bəndin bərpasını çətinləşdirib. Mürsəlli kəndində tamamilə su altında qalan 332 evin əhalisi onlar üçün quraşdırılmış çadırlarda məskunlaşıb. Bu gecədən etibarən fəlakət bölgəsinə Bakıdan betonla dolu yük maşınları gəlib, hazırda üç yerdə bəndsalma işləri aparılır. Kürün səviyyəsi həmin ərazidə qalxdığından bəndsalma işlərində çətinlik yaranır. Əhalinin yerləşdirilməsinə gəldikdə isə, Şirvan şəhərində 1500-ə yaxın çadır salınıb və burada 4000-ə yaxın vətəndaş yerləşdirilib ki, bununla da sel nəticəsində çadırlara yerləşdirilən şəxslərin sayı 8 min nəfəri keçib. Qeyd edək ki, sel basan ərazilərdə bu günə kimi 12 kənd tamamilə boşaldılıb. Təhlükə qalmaqda davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA