Vitse-prezidentlərin təyin ediləcəyi tarix bilindi

img

28-10-2016 [15:36]


Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməyəcəyini bəyan etdikdən sonra bu məsələdə qeyri-müəyyənlik yaranıb. Çünki bəzi iddialara görə, vitse-prezident təsisatını referendumdan sonra seçiləcək prezident yarada bilər, ona görə də vitse-prezidentlik təsisatı 2018-ci ilin prezident seçkisindən sonra yaradılacaq.

Mia.az xəbər verir ki, mötəbər mənbələrdən istiqlal.az-a daxil olan məlumatlara görə, vitse-prezidentlik təsisatı ən uzağı aprelin 12-ə qədər yaradılacaq və uyğun təyinatlar olacaq: "Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam tam icra edildikdən sonra bu təsisat yaradılacaq və vitse-prezidentlər təyin ediləcək”.

Mənbənin məlumatına görə, sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddəti 6 aydır: "Sərəncamda Nazirlər Kabineti altı ay vaxt verilir ki, hüquqi-aktları Konstitusiya dəyişikliyinə uyğunladırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Bu müddət bitəndən sonra vitse-prezident postlarına təyinat olacaq”.

Mənbənin sözlərinə görə, 12 aprel son tarixdir: "Bu o demək deyil ki, mütləq aprelin 12-dən sonra təyinatlar olacaq. Dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktlar hazırlandıqca qəbul və icra ediləcək. Böyük ehtimalla sözügedən təyinatlar ilin sonuna reallaşacaq. Ancaq aprelin 12-ə qədər yubana da bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA