Dünən həlak olan polkovnikin 5 yaşlı qızı ilə - FOTOLARI

img

28-10-2016 [14:23]


Xəbər verdiyimiz kimi, oktyabrın 27-də saat 16:00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub.

Mia.az xəbər verir ki, unikal.org-un məlumatına görə, artıq polkovnik-leytenant Telman Miriyev doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Günəşli kəndində torpağa tapşırılıb.

Yaxınlarının verdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində şəhid olan zabitimiz bu ilin aprel döyüşlərində də fəal iştirak edib. Ailəlidir və Zeynəb adlı 5 yaşlı qızı var.

Şəhid olan zabitimizin 5 yaşlı qızıyla fotosunu oxuculara təqdim edirik.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA