Səfər Əbiyev Azərbaycanda səfərdə olan rusiyalı həmkarı ilə görüzüb

img

11-05-2010 [12:39]


Bu gün Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana işgüzar səfər edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün A.Serdyukovun Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub. Mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib. Görüşdə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. S.Əbiyev bildirib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində səyləri nəticə vermir və buna görə də aktivliyi artırmaq lazımdır. Nazir Səfər Əbiyev qeyd edib ki, bütün səylər münaqişənin dinc şəkildə həll edilməsinə yönəlməlidir, əks təqdirdə vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA