"Nəzir pullarını QMİ götürür" - Siyavuş Novruzovdan ilginc açıqlama

img

28-10-2016 [14:20]


"Nəzir qutularından o qədər də vəsait toplanmır. Bu pullar Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlət tərəfindən maliyyələşmir".

Bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov "Dini etiqad azadlığı haqqında” qanun layihəsinə edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir.

Dini icmaların fəaliyyətinə toxunan komitə sədri qeyd edib ki, vaxtilə komitəyə rəhbərlik etmiş şəxslər tərəfindən 719 dini icma qeydiyyatdan keçib: "Hələ qeydiyyatdan keçməyən nə qədər icma var. Hansı icma ekstremist fəaliyyət göstərəcəksə, dərhal bağlanacaq. Bu gün kimsə evlərdə bu cür fəaliyyətlə məşğul olur. Biz elə iş aparmalıyıq ki, onların fəaliyyəti dayandırılsın”.
azvision

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA