Dövlət qəzeti ilə nazir arasında “müsahibə” qalmaqalı – Qəzet səhvini etiraf etdi

img

28-10-2016 [10:16]


"Respublika” qəzetinin bugünkü sayında təhsil naziri Mikayıl Cabbarova məxsus olduğu qeyd olunan məqalə ilə bağlı açıqlama dərc olunub.

Açıqlamada bildirilir ki, qəzetin ötən günkü sayında dərc olunan məqalə nazirliyin strukturları tərəfindən təqdim olunmuş statistik məlumatlara əsasən hazırlanıb:"Yaranmış anlaşmazlıq əməkdaşların məsələni tam araşdırmaması nəticəsində ortaya çıxmış və lazım olmayan əks sədaya səbəb olmuşdur”.

Açıqlamaya o da əlavə edilir ki, Təhsil Nazirliyi və "Respublika” qəzeti mövzu ilə bağlı əlavə şərhlərə ehtiyac görmür(Qafqazinfo).

Xatırladaq ki, rəsmi dövlət qəzeti "Respublika”nın dünənki sayında müəllifi Təhsil naziri Mikayıl Cabbarovolduğu göstərilən məqalə dərc olunub.

Bu haqda açıqlama yayan Təhsil Nazirliyinin mətbuat xidməti isə sözügedən"Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının əslində nazirə heç bir dəxli yoxdur: "Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA