Sabirabadın iki kəndi də sulara qərq olub, sakinlər evlərini tərk edirlər

img

11-05-2010 [12:23]


Bu gün axşam saat 20.00 radələrində Sabirabad rayonu istiqamətində Kür cayının ətrafındakı bənd yarılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən sakinlərin sözlərinə görə, Kür çayı Sabirabad rayonunun Mürsəlli və Ulacalı kəndləri istiqamətində su bəndi yarıb, kəndə doğru istiqamətlənib. Artıq bəndin yaxınlığındakı bütün evləri su basıb. Sakinlər suyun qarşısında aciz qalıblar. Bəndin axşam saatlarında yarılması isə vəziyyəti daha da kritikləşdirib. Hazırda Mürsəlli kəndində 300-dən çox ev tamamilə su altında qalıb. Rayonun Şıxlar və Ulacalı kəndlərinin əhalisi isə təcili evakuasiya olunur. Qeyd edək ki, bu kəndlərin 5 mindən çox əhalisi var. Artıq bəndin yarılan hissəsini bərpa etmək mümkün deyil. Kənd sakinləri isə gecə vaxtı evlərini tərk etmək məcburiyyətində qalıblar. Verilən məlumata görə, artıq onlarla ailə evlərini tərk edib. Subasmanın bu şəkildə davam edəcəyi təqdirdə yüzlərlə ailə evsiz qala bilər. Onu da qeyd edək ki, Kürün ikinci bəndinin yarılması təhlükəsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri səfərbər olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA