Havalar yenidən pisləzir, bəzi bölgələrdə sel təhlükəsi arta bilər

img

10-05-2010 [05:21]


Azərbaycanda hava şəraiti yenə də pisləşəcək, buludlu yağışlı havalar başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti şimaldan soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədar sabahdan etibarən ölkə ərazisində yağışlar yağacağı barədə xəbərdarlıq edib. Temperatur rejimində kəskin dəyişmə olmasa da mülayim cənub küləyinin soyuq şimal küləyi ilə əvəz olunması qismən temperaturun düşməsinə gətirib çıxaracaq. Verilən məlumata görə, Mərkəzi Aran rayonlarında temperatur 20-25 dərəcə, dağlarda 10-15 dərəcə olacaq. Yaxın 3 gün ərzində atmosfer təzyiqinin yüksəlməsi bəzi meterohəssas insanlarda narahatlıq yarada bilər. Hava şəraitinin dəyişməsi daha çox özünü bölgələrdə büruzə verəcək. Bütün bölgələrdə yağıntılar olacaq, bəzilərində isə bu, intensiv hal alacaq. Balakən, Şəki, Qazax, Gəncə və digər qərb rayonlarında dolu düşəcəyi də proqnozlaşdırılır. Yağışlarla əlaqədar çaylarda yüksək gursululuq davam edəcək ki, bu da daşqın və selə gətirib çıxaracaq. Kürün aşağı hissəsində yağışlarla əlaqədar olaraq daşqın və sel keçəcəyi gözlənilir. Mərkəzi Aran rayonlarında daşqınları yaradacaq səbəblərdən biri də Kür və Araz çaylarının keçdiyi respublikaların ərazisində, o cümlədən Gürcüstanda yağışlı hava şəraitinin gözlənilməsi ilə əlaqədardır. Hidrometeroloji Proqnozlar Bürosunun Gürcüstan respublikasının eyni adlı qurumundan aldığı məlumata görə, Kür çayında suyun miqdarı bir qədər də artacaq. Qeyd edək ki, bu cür hava şəraiti mayın 14-nə qədər davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA