27-10-2016 [12:33]
Bu ilin avqustunda İsveçərdə referendumla qanunvericiliyə edilən dəyişikliyə görə artıq xüsusi xidmət orqanları vətəndaşların icazəsi və xəbəri olmadan onların telefon danışıqlarına qulaq asa biləcək.
Referendumla qanunvericiliyə edilən dəyişikliyə görə, İsveçrədə kəşfiyyat və əks-kəşfiyyat qurumları vətəndaşların sosial şəbəkələrdəki profillərinə daxil olmaq və hətta şəxsi poçt ünvanlarına da girmək hüquqları alıb.
Bəs Azərbaycanda necə, "Əməliyyat-axtarış haqqında” qanuna və digər normativ hüquqi aktlara bu cür dəyişiklik etməyə ehtiyac varmı?
Ölkəmizdə xüsusi xidmət orqanlarının vətəndaşların telefon danışıqlarını, yazışmalarını əldə etməsi qəbul olunarmı?
"Bütün vətəndaşların telefon danışıqlarına qulaq asmaq yaxşı olmaz...”
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzdü Zahid Oruc Modern.az-a deyib ki, Azərbaycanda xüsusi xidmət orqanlarının vətəndaşların telefon danışıqlarına və şəxsi yazışmalarına sərbəst formada müdaxiləsi heç də yaxşı qarşılanmaz:
"Dövləti, xüsusi xidmət orqanlarını ölkədə bütün növ informasiyaların sahibi etmək heç də asan səslənmir. Ölkədəki təhlükəsizlik orqanlarının təmsilçilərinin informasiyaları hansı formalarda istifadə edəcəyinə də hələ heç kim tam təminat verə bilməz.
Bu baxımdan məncə xüsusi xidmət orqanlarının vətəndaşların telefon danışıqlarına qulaq asmaları, yazışmalarını istənilən formada və istədikləri kimi izləmələri yaxşı hal olmazdı”.
"Xüsusi xidmət orqanlarına vətəndaş etibar edə bilməlidir...”
Deputat söyləyib ki, Azərbaycanda baş verən "MTN” hadisələrindən sonra vətəndaşlarda xüsusi xidmət orqanlarına münasibət hələ tam birmənalı deyil:
"MTN vasitəsilə Azərbaycanda törədilən hadisələrdən sonra xüsusi xidmət orqanlarının vətəndaşların danışıqlarına fasiləsiz və istədikləri formada qulaq asması o qədər də birmənalı qarşılanmaz. Çünki insanların təhlükəsizlik orqanları ilə tam əməkdaşlığı üçün müəyyən bir yol keçilməlidir.
Ortada güvənc və inam yaranmalı, etibar bərpa olunmalıdır. Kimsə düşünməməlidir ki, şəxsi danışıq məlumatları ona qarşı kompramaterial kimi yönələr”.
"Eldar Mahmudovun "bandası” çox rahat hərəkət edirdilər...”
Zahid Oruc vurğulayıb ki, təhlükəsizlik və xüsusi xidmət orqanları vətəndaşın danışıqları və yazışmalarını etibar edilə biləcək səviyyəyə çatmalıdır:
"Təhlükəsizlik orqanlarındakı əməkdaşlar özlərinə məxsus əqidə, düşüncə və ideologiyalara malikdirlər. Onlar nə qədər iradəli insanlar olsalar da, vətəndaşların hüquq və azadlıqlarını azalda və şəxsi mənafeləri üçün əldə etdikləri informasiyalardan istifadə edə bilərlər.
Dövlət orqanlarının elə böyük resurs imkanları var ki, müxtəlif şəraitlərdə şübhə doğuran halları dərhal nəzarətə götürə bilirlər. "Əməliyyat-axtarış haqqında” qanunda da var ki, yalnız məhkəmənin qərarı ilə hətta qulaq asılmış və əldə edilmiş yazılar ortaya çıxarıla bilər. Eldar Mahmudov və onun bandası bu işdə çox əli-qolu açıq şəkildə hərəkət edirdi. Xüsusilə rabitə orqanları üzərindən yüksək vəzifəli şəxslərin, adi insanların şəxsi və iş danışıqlarına qulaq asırdılar. Ona görə də yenidən belə bir məsələnin qalxması fonunda vətəndaşların reaksiyasının necə olmasını ictimai müzakirələrdən sonra bilmək olar”.
"Terrorçuluqla mübarizədə səs yazılarına və yazışmalara...”
Deputat əlavə edib ki, terrorçuluq və ekstremizmlə mübarizədə vətəndaşların danışıqlarına və yazışmalarına nəzarət etmək olar, amma bu məhdud şəkildə aparılmalıdır:
"Mən hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik amili hər zaman 1-ci yerdədir. Buna görə də hüquqların müəyyən mənada məhdudlaşdırılması qəbul olunandır.
Hər hansı bir ekstremist qrup, terrorçu təşkilatlarla ön tədbirlərin görülməsi məqsədi ilə vətəndaşların telefon danışıqlarına, yazışmalarına girmək və daha vacib məlumatları almaq olar. Amma bütün əhalinin dinlənilməsi, yazılı və səsli materialların yığılması qüsuru hal olar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi