26-10-2016 [19:33]
Türkiyənin mərhuum prezidenti Turgut Özalla ABŞ prezidenti ata Corc Buş 1990-cı ildə Mosul və Kərküklə bağlı nələr danışmışdı?
Bağlı qapılar arxasında keçirilən görüşün detalları barədə "Yeni Şafak” qəzetinin yazarı Tamer Korkmaz yazıb.
Həmin yazını təqdim edirik.
"1990-cı il sentyabrın 25-də Səddam Hüseynin prezidenti olduğu İraqın Küveytə girməsindən 54 gün keçmişdi. Həmin dövrün Türkiyə prezidenti Turqut Özal Ağ Evdə ABŞ prezidenti Corc Buşla görüşə xarici işlər naziri Əli Bozeri aparmamışdı. Ona güvənmirdi.
Corc Buş Özaldan Səddama şimaldan təzyiq göstərilməsini, Yaxın Şərq və islam dünyasındakı ölkələri razı salmaq üçün ABŞ-a yardım etməsini, kürdlərin mühafizə altına alınmasını istəyirdi.
Turqut Özal ABŞ prezidentinin bu istəklərini dinlədikdən sonra Buşdan İraqda nə axtardıqlarını soruşub: "ABŞ-ın İraqa müdaxiləsi yalnız Səddamın iqtidardan endirilməsinə hesablanıb, yoxsa başqa niyyətlər var?”.
Ata Corc Buş dəqiq bir cavab vermir.
Turqut Özal bildirir ki, İraqın işğalı Yaxın Şərqdəki vəziyyəti gərginləşdirəcək: "Bu vəziyyət bizə də, Yaxın Şərqdəki ölkələrə də çox böyük zərər verər”.
Mosul və Kərkük üçün tarixi tələb
Türkiyə prezidenti bundan dərhal sonra tarixi bir tələbdə çıxış edir: "Qarşıya çıxa biləcək bütün problemlərin aradan qaldırılması, Şimali İraqda kürdlərin təhlükəsizliyi, PKK terrorunun ləğvi üçün Kərkük və Mosula qədər olan bölgə türk əsgərinin nəzarətinə verilməlidir!”.
Buş Özalın bu tələbi qarşısında çaşıb qalır, nə deyəcəyini bilmir. Yalnız "qərargahlarımla görüşüb sizə cavab verəcəyəm” deməklə kifayətlənir.
Özal isə çıxışını davam etdirir: "Sizin hansı niyyətlərlə İraqa girəcəyinizi bilməyimiz mümkün deyil. Ancaq Körfəz ölkələri və İraqdan böyük iqtisadi qazancınızın olacağı dəqiqdir. Türkiyənin isə bu bölgədə əsrlərdən gələn haqları var. Əgər bir əməliyyat olacaqsa və biz buna dəstək verəcəyiksə, o halda bütün zərərlərimizi kompensasiya etməyiniz lazımdır!”.
Ata Buş isə Özala heç narahat olmamağı məsləhət görür: "Türkiyə İraq planımızdan maksimum ölçüdə qazanclı çıxacaq. Mənə güvənə bilərsiniz”.
Mosul və Kərkük üçün əməliyyat planı hazırlandı
ABŞ-dan qayıdan Özal Türkiyə ordusunun Kərkük və Mosula girməsini nəzərdə tutan əməliyyat planı üzərində işə başlayır. Həmin günlərdə ANAP-dan (Ana Vətən Partiyası) olan millət vəkili Göksel Kalaycıoğluna zəng edən prezident ondan Lozanna konfransındakı Mosul protokollarını gətirməsini xahiş edib.
Çankaya Köşkündə Turqut Özalla görüşən millət vəkili "Xeyr ola, Mosulamı giririk?” deyə soruşur.
Prezident şəhadət barmağını dodağına apararaq çantasında Mosul protokolları ilə dayanan Göksel Kalaycıoğluna "Sus” deyir.
Turqut Özal Mosul protokollarını hansı təşkilatdan istəsə, əlbəttə ki, ala bilərdi. Amma o, protokolları etibar etdiyi bir şəxsdən istəmişdi.
Mosul və Kərküklə əlaqədar işlərini tamamlayan Özal ilk zərbəni Milli Təhlükəsizlik Təşkilatının toplantısında aldı. Başda Baş Qərargah rəisi olmaqla, dövlətin müəyyən təşkilatları Özalın planına qarşı çıxırlar. Qeyri-hökumət təşkilatları da plana qarşı çıxır. Prezidentə sanki müharibə elan edilmişdi.
Süleyman Dəmirəl bu əleyhdarlığın bayraqdarı idi. Ordu, ANAP və müxalifət partiyaları "Şimali İraqı 80 il əvvəl tərk etdik, artıq orada nə işimiz var?” deyirdilər.
1990-cı il dekabrın 3-də Turqut Özala qarşı çıxan Baş Qərargah başçısı Nəcib Torumtay istefa verir. Özalın istefaya cavabı isə "komandan masada deyil, döyüşdə olar” şəklində olur.
"Türkiyədəki Amerika” anlamına gələn "Üst Quruluş” Özalın Mosul və Kərkük planını boşa çıxarmışdı. Özala qarşı müqavimət ssenarisi isə Vaşinqtonda yazılmışdı. Ağ Ev Turqut Özalın Şimali İraq planına qarşı idi. Özalın səhvi isə Buşun sözlərinə güvənməsi idi.
Özal bu yoldakı mübarizəsini "həyatı” ilə ödədi: 1991-ci il yanvarın 17-dəki I Körfəz döyüşündən iki il üç ay sonra zəhərlənərək öldürüldü".
Publika.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi