ismət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Ermənistandadır

img

10-05-2010 [03:59]


Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti artıq İrəvandadır. Bu barədə erməni kütləvi informasiya vasitələri Ermənistan Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıblar. Qeyd edək ki, İ. Abasovun rəhbərlik etdiyi nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rəşad Məcidov və "Aqrolizinq? Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov daxildir. Səfərdə məqsəd BMT-nin tədbirində iştirak etməkdir. Bu barədə ANS-ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib. ?İrəvanda BMT-nin Ərzaq və kənd təssərrüfatı təçkilatı- FAO-nun növbəti iclası keçiriləcək. İclasda 55 ölkə iştirak edəcək. Bu məsələ bizim üçün önəmlidir, bu həm də bu siyasi məsələdir. Son illərdə Türkiyənin təşəbbüsü ilə Ermənistanla Dağlıq Qarabağ məsələsinin yaxşılaşdırılmasına aid olan bir məsələdir. İsmət Abasov özü İrəvandandır. Oranı yaxşı tanıyır. Bu məsələyə müsbət təsir edəcək?, - deyə Sabir Vəliyev bildirib. Forumun məqsədi Avropa və Mərkəzi Asiyanın ərzaq və kənd təsəsüraftı problemləri ilə bağlı təklifləri təqdim və müzakirə etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA