Qar və yağış bölgələrdə ciddi fəsadlar törədib - Video

img

26-10-2016 [10:54]


Ötən gün rayonlara yağan yağış və qar ciddi fəsadlar törədib.

Güclü yağışlar Goranboy rayonunda fəsadlara yol açıb. Qaraçay və Goran çayının məcrasından çıxması daşqına səbəb olub. Nəticədə ona yaxın yaşayış məntəqəsini su basıb. Evlərin həyətyanı sahələri ilə yanaşı kənd təsərrüfatına da ziyan dəyib, ev quşları tələf olub. Fəsadların aradan qaldırılması üçün əraziyə texnikalar cəlb edilib. Adıçəkilən çaylardakı sel suları nəzarət altına alınıb. Rayon Fövqaladə Hallar Komissiyası sel sularından zərər görən yaşayış məntəqələrinə dəyən ziyanın miqyasını araşdırır.


Eyni zamanda yağan yağışlar nəticəsində Şamaxı - İsmayıllı bölgəsində sürüşmələr aktiv şəkildə özünü büruzə verir. Daha bir magistral yolda baş verən sürüşmə bu dəfə 4 kəndin gediş-gəlişini çətinə salıb. Sözügedən avtomobil yolu 4 kəndi şəhər mərkəzi ilə birləşdirən yeganə yoldur. Bəzi nöqtələrdə yolun hərəkət zolağı tamamilə dağılıb. 4 sürüşmə nöqtəsinin sonuncu dayanacağı Hacılı kəndinin yaxınlığında yerləşir. Sürücülər avtomobil yolundan istifadədə çətinlik çəkdiklərini bildirirlər. Şamaxı-Qızmeydan yolu iki il öncə istifadəyə verilib .


Lerik rayonunda külək və şaxta ilə müşaiyyət olunan qarın yağması nəticəsində ağaclar aşıb. Elektrik və rabitə xətləri sıradan çıxıb. Gecə saatlarından etibarən bir sıra kəndlərdə işıq kəsilib, rabitə xətləri qırılıb. Rayon ərazisində kəndlərin çoxu işıqsızdır.(ARB)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA