Ramin Quluzadə İranda məhbus həyatı yaşayan sabiq əməkdaşına vəzifə verdi

img

25-10-2016 [20:33]


2012-ci il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasına gedərkən İran sərhədində saxlanılaraq həbs edilən "Aztelekom” MMC-nin keçmiş əməkdaşı Kamal Qədirov 12 mart 2016-cı il tarixində ölkəmizə ekstradisiya edilib.

Bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, K.Qədirov məhkəmənin qərarı ilə bəraət alıb: "Bununla da, nazir Ramin Quluzadənin tapşırığına əsasən, Kamal Qədirov Bakı Telefon Rabitəsi İstehsalat Birliyində ixtisasına uyğun işlə təmin edilib”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA