Vergilər Nazirliyi ölkəyə gəlib-gedənlər barədə məlumat əldə edəcək - Fərman

img

25-10-2016 [20:05]


Vergilər Nazirliyinə yeni səlahiyyət verilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Dəyişiklik sistemdən dövlət orqanlarının informasiya alması ilə bağlıdır. Bundan sonra Vergilər Nazirliyi sistemdən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə, habelə ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı haqqında məlumatlar alacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA