İcra başçısı 140 sakini qəbul etdi, məmurlara tapşırıq verdi

img

25-10-2016 [17:50]


Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Mia.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda 140-a yaxın qəsəbə sakinləri iştirak edib.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirib, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışıblar.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinlərindən 14 nəfəri fərdi qaydada dinləyib. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA