Eldar Mahmudov Akif Çovdarovun cinayət işi üzrə dindirilib? – Vəkildən açıqlama

img

25-10-2016 [17:52]


Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin barəsində olan cinayət işi üzrə şahidlərin siyahısında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı yoxdur.

Bu barədə onun vəkili Kamandar Nəsibov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 Vəkil qeyd edib ki, həmin cinayət işi üzrə aparılan istintaq zamanı Eldar Mahmudov ifadə verməyib. K. Nəsibov məhkəmə tərəfindən A. Çovdarovun ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyulduğunu da bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA