Polis general oğlunu cərimələdi - 500 manat

img

25-10-2016 [16:39]


Bakıda general oğlu avtoxuliqanlıq etdiyi üçün yol polisi tərəfindən saxlanılıb.

Mia.az xəbər verir ki, bu haqda avtosfer.az məlumat yayıb. Xəbərdə adı çəkilməyən general və oğlu haqda bildirilir ki, həmin sürücü bundan əvvəl də avtoxuliqanlıq etdiyi üçün saxlanılıbmış. O zaman məsuliyyətdən kənarda qala bilsə də, bu dəfə yol polislərindən qaça bilməyib.

Atasının bütün cəhdlərinə baxmayaraq "avtoş" oğulla bağlı materiallar yol polisi tərəfindən toplanılaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 500 manat cərimə olunub. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Xəbərdə qeyd olunur ki, həmin general hərbi sahədə çalışır və kifayət qədər yüksək vəzifə sahibidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA