25-10-2016 [15:51]
Dahi dramaturq, filosof-şair Hüseyn Cavidin anadan olmasının 134-cü ildönümü münasibətilə Yasamal rayon icra hakimiyyəti, AMEA Hüseyn Cavidin Ev Muzeyi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu birgə tədbir təşkil ediblər.
AMEA-dan Mia.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Hüseyn Cavidin şərəfinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyaraq xatirəsini hörmətlə yad ediblər.
Daha sonra AMEA Hüseyn Cavidin Ev Muzeyində keçirilən tədbiri giriş sözü ilə açanAMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli dramaturqun həyat və yaradıcılığından söhbət açıb. Hüseyn Cavid şəxsiyyətinin ucalığı barədə fikir söyləyən natiq bildirib ki, ədibin əsərləri ədəbiyyatımızın qürur və iftixarıdır.
Akademik T.Kərimli qeyd edib ki, təqdim edilən nəşr Azərbaycan ədəbiyyatının təbliği sahəsində görülən işlərə böyük töhfə verəcək. Hüseyn Cavidin beşcildlik külliyatı əsasında hazırlanmış kitabda dahi şairin insanlıq, Vətən, millət, məhəbbət və müxtəlif insan münasibətləri haqqında müdrik sözləri və kəlamları ilk dəfə ingilis dilinə tərcümə edilərək oxuculara təqdim olunur.
AMEA-nın vitse-prezidenti, akademik, deputat İsa Həbibbəyli yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanması, onun bizim müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğu xatırladıb. Böyük Cavidin nəşinin Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin ümummilli liderin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız və Cavidlər ailəsi üçün əlamətdar hadisə olduğu söyləyib. Ulu öndər Heydər Əliyevin ədibin irsinə daim yüksək diqqət göstərdiyini vurğulayan AMEA-nın vitse-prezidenti deyib ki, Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin təşkil olunması da bu diqqətin nümunəsidir.
Böyük şairin, Cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində AMEA Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyətini yüksək dəyərləndirən akademik İ.Həbibbəyli muzey tərəfindən böyük dramaturqun əsərlərinin 50 cilddə çapa hazırlandığını diqqətə çatdırıb.
İsa Həbibbəyli dramaturqu tolerant yazıçı adlandıraraq, onun əsərlərində tolerant düşüncənin yüksək səviyyədə ifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, H.Cavidin irsi multikulturalizm ənənələri ilə zəngindir.
Cavidin XX əsrin əvvəllərində minilliklərdən bəri davam edən irfan ədəbiyyatının, mədəniyyətinin romantikasını yaratdığını vurğulayan AMEA-nın vitse-prezidenti qeyd edib ki, böyük ədib bu romantikanı yeni bir mənzum dram janrında ədəbiyyata gətirmişdir. Bu, Cavidin böyüklüyüdür. H.Cavid XX əsrinəvvəllərində belə bir romantik məktəbin banisi kimi, xüsusilə də mənzum dram janrının banisi kimi tarixilik qazanmışdır.
Akademik İ.Həbibbəyli vurğulayıb ki, o, XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran həm böyük ideoloq idi, həm də bu ideyaları ədəbiyyata gətirən böyük bir şəxsiyyət idi.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev təqdim olunan kitabın əhəmiyyətindən bəhs edib. O, ümumtürk dünyası üçün, bəşəriyyət üçün Cavid irsinin öyrənilməsinin və təbliğinin vacibliyini önə çəkib.
Qeyd olunub ki, yeni nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə yardımı və AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı Fəridə Əliyevanın rəhbərliyi ilə "Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı qrant layihəsinə əsasən işıq üzü görüb. İlk dəfədir ki, Cavid aforizmlərinin iki dildə çap olunduğu kitabın tərtibçisi və öz sözün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi məsləhətçisi akademik İsa Həbibbəyli, redaktoru isə akademik Teymur Kərimlidir.
Tədbirdə çıxış edən AMEA Hüseyn Cavidin Ev Mzueyinin direktoru, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı dünya ədəbiyyatında özünəməxsus və təkrarolunmaz yer tutan Hüseyn Cavid yaradıcılığının ayrı-ayrı istiqamətlərini təhlil etmişdir. O, qeyd etdi ki, Hüseyn Cavidin əsərlərinə maraq tükənməz olduğu kimi, onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzanır.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov iki dildə nəşr olunan "Cavid hikməti: seçmə aforizmlər” kitabının böyük sənətkar Hüseyn Cavid yaradıcılığının daha da dərindən araşdırılmasında mühüm rolu olacağını vurğulayıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi