Bakı Musiqi Akademiyasının tələbələrinin təqaüdü niyə kəsilib - SƏBƏB

img

25-10-2016 [14:56]


Iki aydır ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin təqaüdü verilmir.

Mia.az xəbər verir ki, bu barədə AzNews.az-a sözügedən akademiyanın tələbələri məlumat verib. Tələbələrin sözlərinə görə, məsələ ilə bağlı rəhbərliyə müraciət olunsa da, heç bir müsbət cavab verilməyib. Əksinə, Bakı Musiqi Akademiyasından tələbələrə təqaüdlərini ilin sonunda ala biləcəklərini deyiblər.

Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəylinin köməkçisi Aida xanım AzNews.az-a bildirib ki, tələbələrin təqaüdünün vaxtında verilməməsinə səbəb hesabın açılmamasıdır: "Mən bu məsələ ilə bağlı mühasibatlıqla maraqlandım. Oradan mənə bildirdilər ki, noyabrın 5-dən sonra tələbələr sentyabr və oktyabr aylarının təqaüdlərini bir yerdə alacaqlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA