Azərbaycanda yeni rabitə obyektləri istifadəyə verilib

img

10-05-2010 [02:27]


Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələrində yeni rabitə obyektləri istifadəyə verilib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən bu günlərdə Suraxanı rayonunun ?Bahar? bağlar yaşayış massivində 512 nömrə tutumu olan yeni ATS istifadəyə verilib. Eyni zamanda, Əzizbəyov rayonunun Albalılıq yaşayış massivindəki mövcud ATS-in abunə tutumunun 440 nömrə, Hövsan qəsəbəsində EATS 456-nın abonent tutumu isə 512 nömrə artırılıb. Həmçinin BTRİB tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Xətai Telefon Qovşağında yeni müasir tipli abunə şöbəsinin əhalinin istifadəsinə verilməsi, eləcə də ?Heydər Əliyev və Azərbaycan Respublikası rabitəsinin inkişaf mərhələsi? mövzusunda silsilə mərasimlərin təşkil olunması nəzərdə tutulur. ?Azərpoçt? MMC də yeni obyektlər istifadəyə verməyi planlaşdırır. Şəki rayonunun Baltalı, Qusar rayonunun Düztahir və Xaçmaz rayonunun Həsənqala kəndlərində poçt şöbələrinin yeni binaları əhalinin istifadəsinə veriləcəkdir. Yeni binalar müasir texniki avadanlıqla və mebellə təmin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA