ilham Əliyev və xanımı Mehriban Əliyeva gül bayramında olublar

img

10-05-2010 [02:18]


Mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva gül bayramında olublar. Dövlət başçısına məlumat verilib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın bir çox ölkələrindən gətirilmiş müxtəlif güllərdən istifadə olunub. Prezident İlham Əliyev və xanımı ulu öndərin abidəsini ziyarət etdilər, gül-çiçəyə qərq olmuş parkın gözəlliyi ilə tanış oldular. Dövlət başçısı və xanımı Heydər Əliyevin güllərdən yığılmış portreti önündə xatirə şəkli çəkdirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA