Prezident ilham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

img

10-05-2010 [02:07]


Azərbaycan Respublikası prezidenti İlham Əliyev mayın 10-da görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib. Ölkə başçısı, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarı önünə əklil qoyublar. Daha sonra prezident görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib. Qey deək ki, Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə sədrləri və bir sıra millət vəkili iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA