Nazirin qəbul qrafiki dəyişdi - Açıqlama

img

24-10-2016 [16:24]


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Tovuz şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla 27 oktyabr 2016-cı il tarixində nəzərdə tutulmuş görüş noyabr 3-ə keçirilib. Görüş saat 10.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etmələri xahiş olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA