24-10-2016 [15:07]
"Xorvatiya Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bizim bir qədər əvvəl ikitərəfli, regional və təhlükəsizliklə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyümüz kimi, mövqelərimiz üst-üstə düşür. Biz ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik. İndi bunun üçün yaxşı imkan var".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə geniş tərkibdə görüşü zamanı deyib.
Azərbaycan prezidenti iki ölkə arasında müxtəlif sahələrdə yaxın siyasi əlaqələrin olduğunu qeyd edib:
"Xanım Prezidentin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaları necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq olduqca böyük əhəmiyyət kəsb edir. Biz cədvəl üzrə icra edilməkdə olan "Cənub” Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı var və biz bu istiqamətdə və bütün digər sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir sıra sahələrdə çox yaxın tərəfdaşlıq əlaqələri qurublar. Biz xüsusilə ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahələrində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki qeyd etdiyim kimi, siyasi əlaqələr çox yaxşıdır və Sizin səfərinizdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha bir mühüm addım olacaq”.
Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç də çıxışı zamanı səmimi qarşılanmaya görə İlham Əliyevə təşəkkür edib:
"Bizim artıq ötən gecə Bakıda və Azərbaycanın digər yerlərində yaşayan Xorvatiya icmasının üzvləri ilə görüşmək imkanımız oldu. Mən şadam ki, milli futbol komandanızın baş məşqçisi Prosineçki ilə yanaşı, xüsusilə iqtisadi sektorda, əczaçılıq, həmçinin nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox başqa insanlar var”.
İlham Əliyevin 2013-cü ildə Zaqrebə səfərinə və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşünə toxunan xanım prezident deyib ki, bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkan var:
"Cənab Prezident, qeyd etdiyiniz kimi, bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya və ticarət sahələrində əməkdaşlığımızı, həmçinin xalqlar arasında, mədəniyyət, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı, əlaqələndirməni və məsləhətləşmələri dərinləşdirmək və genişləndirmək üçün çoxlu imkanlar var. İki ölkə arasında strateji tərəfdaşlıq və dostluqla bağlı Zaqreb Bəyannaməsinin imzalanmasından sonra, düşünürəm ki, hökumətlərarası komissiyanın görüşüb hərtərəfli əməkdaşlığa, daha çox irəliləyişə nail olmağın təfərrüatları ilə bağlı müzakirələr aparması baxımından atılmalı olan konkret addımlar var”.
Görüşdə iqtisadi, yüksək texnologiyalar, ticarət dövriyyəsinin genişləndirilməsi, gəmiqayırma, nəqliyyat, enerji, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm, əczaçılıq sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Xorvatiya Prezidentinə məlumat verib.
Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha ifadə edib.
Söhbət zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olunub.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi