Polis rəisi cəzalandırıldı - Tanınmış prokurorun bacısı oğluna töhmət

img

24-10-2016 [15:06]


Bakıdakı polis idarələrindən birinin vəzifəli əməkdaşı cəzalandırılıb.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis mayoru Erol Əliyevə işində verdiyi nöqsanlara görə töhmət verilib.

Belə ki, araşdırmalar zamanı Xəzər RPİ-nin İstintaq Şöbəsində aparılan cinayət işlərinin istintaqı zamanı təqsirləndirilən şəxslərin hüquqularının pozulduğu, istintaq hərəkətlərinin icrası zamanı qanun pozuntularına yol verildiyi məlum olub.

Qeyd edək ki, E.Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur.

Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA