Bakı-Astara dəmiryolu xətti iflic olub, dəmiryolu xəttini sel suları basdığına görə, qatarların hərəkəti dayandırılıb

img

10-05-2010 [01:14]


Bakı-Astara dəmiryolu xəttinin 51-52 km-də, Şirvan-Astara istiqamətində Osmanlı Azadkənd məntəqəsində dəmiryolu xəttini sel suları basdığına görə, qatarların hərəkəti dayandırılıb. Hal-hazırda nəqliyyat naziri Ziya məmmədov və onun müavini Musa Pənahov, Dövlət Dəmiryolu İdarəsinin rəisi Arif Əsgərov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir. Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənovun ANS-ə verdiyi məlumata görə, məntəqə sulardan təmizlənənə qədər qatarların həmin istiqamətdə hərəkəti bərpa edilməyəcək. Düzdür bu gün Kürün səviyyəsi 50 sm aşağı düşüb, amma bu gərginliyi azaltmayib. Sabirabadın 9 kəndi tamamilə boşaltdırılıb, 4 kəndi isə demək olar ki, sel suları altındadır, xüsusilə Qaragünə və Dadaşbəyli kəndində həyat tamamilə dayanıb. Bütün əhali Şirvan şəhərində qurulmuş 1500-ə qədər çadırda yerləşdirilib. Horadiz-Bakı körpüsündə isə bənd işləri aparılıb ki, körpü çökməsin. Həmin körpü Sabirabadın 7 kəndini birləşdirir və ona görə də kəndlərdə bütün giriş-çıxış bağlanıb, yollar sel suları altında qalıb. Kəndə yalnız piyada yolu ilə daxil olmaq olur. Ona görə də insanlar öz şəxsi avtomobillərini qoyaraq postdan xüsusi icazə ilə kəndə daxil olur. Rəsmi şəxslər insanların qadağan olunmuş kəndlərə gedəcəyindən ehtiyatlanır. Havaların çox isti keçməsi isə burada infeksion xəstəliklərin yayılması ehtimalını artırır. Buna görə də Şirvan şəhərində qurulmuş 1500 çadırda xüsusi tibbi məntəqə yaradılıb. Eyni ilə belə məntəqə Sabirabadda da yaradılıb. Tibbi məntəqələrdə tibbi və dərman ləvazimatları yerləşdirilib 3 gündür dezinfeksiya aparılır. Bu ərazilər düzəngah oldugu üçün bura ilanların gəlmə təhlükəsi var. Səhiyyə Nazirliyi əməkdaşlarının verdiyi məlumata görə, ilanların çadırları basmaması üçün xüsusi dərmanlardan istifadə olunur. Qeyd edək ki, bu gün səhiyyə naziri Oqtay Şirəliyev Şirvan şəhərindəki çadırlara baş çəkib və görülən işlərlə maraqlanıb. O, buradakı azyaşlı uşaqlar üçün xüsusi ləvazimatların gətirilməsi tapşırıb. Nazir bildirib ki, bütün xəstəliklərin qarşısını almaq mümkündür. Bunun üçün Bakıdan gəlmiş xüsusi briqada işləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA