24-10-2016 [13:42]
Taxıl yığımında gözlənilən və planlaşdırılan nəticəni ala bilməyən Kənd təsərrüfatı naziri Heydər Əsədovun ümidi pambıq yığımına qalıb. Əgər pambıq yığımında da gözlənilən nəticə alınmasa, o zaman nazirə olan etimad ciddi şəkildə zədələnəcək. Baxmayaraq ki, Heydər Əsədovu yol verdiyi digər korrupsiya və qanun pozuntularına görə, elə bu gün də istintaqa çəkmək çox asandır.
Bunu Mia.az-a Kənd Təsərrüfatı Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı deyib.
Müsahibimiz deyir kİ, prezident İlham Əliyev Heydər Əsədovun qarşısına bu il konkret nə qədər pambıq toplanması tapşırığını qoyub:
"Ancaq çox təəssüf ki, Heydər Əəsdov bir nazir kimi bu sahədə heç bir əməli tədbir görə bilmir. İnanın, bütün işləri Prezident Administrasiyasının tapşırıq və nəzarəti ilə icra başçıları icra edirlər. Heydər Əsədov isə sadəcə statistik məlumatları şişirtmək və hesabat verməklə məşğuldur. Aşağı göstəricilər ortaya çıxanda o, maliyyəçi "priyom”ları ilə vəziyyətdən çıxmağa çalışır. Göstərici yaxşı olanda isə özünü kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis kimi az qala gözə soxur. Oysa ki, Heydər Əsədov bu sahədə tamamilə yoxsul adamdır. O, nazirliyi Hesablama Palatasındakı komandasının köməyi ilə necə pul toplamaq və ya xərclənən vəsaitlərin taleyi və sair kimi proseslər baxımından sanki bir təftiş qurumuna çevirib. Nazirliyi özünün qeyri-peşəkar həmyerliləri və öz təbirincə desək, "babat pul çıxaran”larla doldurub. Bu adamların əsas qayəsi isə "necə edək ki, pul toplayaq, nazirin gözündə sevimli kadra çevrilək”dir. Təbii ki, belə bir vəziyyətdə aqrar sektorun sözün əsl mənasında dirçəldilməsi çətindir. Yaxşı ki, prezident şəxsən bu sahənin üzərində durub. Yoxsa Heydər Əsədov bu sahəni daha bərbad vəziyyətə qoyar”.
Məllumatlı şəxs deyir ki, hazırda Heydər Əsədovun əsas diqqəti pambıqçılıq və ya xaricə çıxarılmalı, valyuta gətirən hansısa məhsuldan daha çox 45 rayonun hər birində tikilən kənd təssəürüfatı idarələrinin yeni binalarıdır. Şünki bu tikintilərdə onun maliyyəçi marağı dövlətin ümdə maraqlarını üstələyir:
"Məlumat üçün deyim ki, bu inzibatı binaların hər biri 1-3 milyon manat arasında layihələndirilib, tikilir. Ancaq tikinti üzrə ekspertlər açıq deyirlər ki, 2, maksimim 3 mərtəbəli o binaları maksimum 250-300 min manata tikmək mümkündür.
Ancaq təsəvvür edin ki, Heydər Əsədov bu tikinti işləri üçün ümumilikdə 120-150 milyon pul ayırtdırıb. Və bu pullar da 45 rayonda həmin idarələrin tikintisinə guya sərf olunub. Yuxarıda qeyd etdiyimizi kimi, uzunluğu 15-25, eni 10-17 metr olan 2 və 3 mərtəbəli yeni idarələrin binasının hər birinin tikintisi üçün də kağzı üzərində 1-3 milyon manat sərf olunur. Hətta layihələndirmədən sonra tikinti materiallarının qiymətinin guya çox qalxdığını əsas gətirən nazirlik və nazirliyin işbirliyində olduğu deputata məxsus tikinti təşkilatı yenidən tikintinin dəyərini də artırıblar. Bir sözlə, bu tikinti sahəsində çox böyük maliyyə mənimsəmələrin həyata keçirilməsi istiqamətində ciddi şübhələr var”.
Məlumatlı şəxsin iddiasına görə, Heydər Əsədov tikintidəki əsas tərəfdaşı deputat Ağalar Vəliyevin rəhbəri olduğu "Azəraqrartikinti” ASC-dir:

Ağalar Vəliyev
"Heydər Əsədov 2015-ci ildən etibarən, adı mediada və cəmiyyətdə korrupsiya ocağı kimi hallanan "Azəraqrartikjinti” ASC ilə 120-150 milyonluq tikinti oyunundadır. Bəlkə də bu məbləğ mənim bildiyimdən qat-qat çoxdur. Hər halda, dəqiq bildiyim budur ki, ilkin ayrılan pul bu qədərdir. Nə isə. Heydər Əsədovla Ağalar Vəliyev bu qədər pulun qarşılığında da həmin idarə binalarını layihələndirmədə göstərilən səviyyə və tarixdə də bitirə bilmirlər. Müxtəlif bəhanələrlə tikinti işləri ləng gedir, fəhlələrin pulu zamanında ödənilmir və yaxud həddən artıq az əmək haqqı verilir. Diqqətçəkən digər nüans isə fəhlələrlə əmək müqaviləsinin olmaması, onların çoxunun günəmüzd işlədilməsidir. Sənədsiz-filansız işləyən bu fəhlələrin əmək haqlarının kağız üzərində neçə dəfəf şişirdilməsi isə başqa mövzunun söhbətidir. Ancaq əmin olun ki, əli qabarlı fəhlələrə qəpik-quruş verilsə də, onların adıyla da böyük pullar mənimsənilir”.
Sonda məlumatlı şəxs bizə bir neçə Kənd təsərrüfatı idarələrinin yeni inzibati binasının tikintisi haqda konkret faktlar verib. Həmin tikintinin layihə dəyəri, ayrılan pullar, sərf edilən vəsait və alınan materiallarla bağlı təqdim edilən sensasion məlumatlarla bağlı araşdırmalarımız olacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi