24-10-2016 [13:19]
2016-cı il Qarabağ münaqişəsinin həll olunduğu il kimi tarixə düşməsə də, bu il münaqişənin həlli üçün uğurlu, dönüş ili oldu.
Bu sözləri millət vəkili Zahid Oruc musavat.com-a açıqlamasında dördgünlük müharibədən sonrakı siyasi prosesləri dəyərləndirərkən deyib. Millət vəkili bildirib ki, ötən onillər ərzində bu məsələ beynəlxalq müstəviyə heç vaxt indiki qədər çıxmamışdı:
"Aprel döyüşləri zamanı beynəlxalq medianın gündəmindəki iki-üç ən ciddi məsələdən biri də məhz Qarabağ idi. Nəzərə alsaq ki, istənilən siyasi elitalar məhz beynəlxalq KİV-dəki xəbər axınları ilə işləyirlər, hesablaşırlar, deməli, cəbhə xəttindəki üstünlüyümüz təkcə 2 min kvadrat metrlik ərazi ilə bitmədi. Ermənilər böyük zərbə aldı, Qarabağ məsələsi müxtəlif mərkəzlərin, siyasi institutların nəzər diqqətinə çıxdı və münaqişənin gələcək həlli üçün çox müxtəlif təkliflər, mövqelər irəliyə sürüldü.
Azərbaycan əsgərinin aprel ayında önə çıxmışkən dayanmayıb irəli getməsi və beləliklə də prosesin birdəfəlik ədalətli başa çatması mümkün olardımı? Necə ki, həmin ərazilərin coğrafi vəziyyəti döyüş əməliyyatlarında mütləq havadan hücum əməliyyatlarını istəyirdi, o cür də beynəlxalq siyasi məkanda çətinliklər artıq özünü 3 gün sonra göstərməkdəydi. ABŞ münaqişənin bu səviyyədə cərəyan edəcəyini gözləmirdi.
ABŞ-ın rəhbər şəxslərindən müraciətlər edildi ki, danışıqlar masasına təcili əyləşmək, atəşi vaxt keçmədən dayandırmaq lazımdır. Eyni çağırışlar Avropa Birliyindən də edilirdi. Onlara elə gəlirdi ki, Azərbaycan Rusiya ilə müəyyən anlayışda Ermənistana dərs vermək planını işə salıb. Qərb siyasi dairələri hesablayırdı ki, Moskva Bakı ilə belə bir hərbi əməliyyatları razılaşmış şəkildə keçirsə, bu, artıq Qafqaz üzərində Rusiyanın planının tərkib hissəsi olacaq.
Aprel savaşı 10-15 gün davam etsəydi, daha fərqli bir formatda danışıqlar, proseslər başlayacaqdı və avtomatik beynəlxalq təzyiqlər demək olacaqdı. Ona görə də hesab edirəm ki, məsələ çox sadə müstəvidə olsa, dövlətimizin rəhbəri bütün siyasi riskləri, təhlükələri, hərbi təhdidləri, ola biləcək zərərləri tam kontekstdə hesablayaraq fərqli bir qərar verərdi.
Əgər "dayan” əmri verildisə, bunun özünə məxsus səbəbləri var idi. Atəşi dayandırmaq təklifi Azərbaycanı aldatmaq, əl-qolunu yanına salıb gözləməsini tələb etmək niyyəti ilə edilməmişdi. Daha artıq dərəcədə münaqişənin bütün regionu bürüyə biləcəyi təhlükəsinin önlənməsi üçün edilmişdi. Biz aprel savaşında rayonlarımızı azad etmədiksə də, Qarabağ məsələsində bir addım irəlilədik. İndi ermənilər öz boğazlarından kəsib, çökməkdə olan iqtisadiyyatlarını bir qədər də sarsıdaraq iqtisadi resurslarını cəbhədə güclənmək yönündə xərcləyirlər.
Bu, artıq Azərbaycanla yarış deməkdir, ermənilərin təhsilindən, səhiyyəsindən kəsib, iqtisadi gələcəkləri üçün lazım olan resurslarını gətirib səngərə qatması deməkdir. Axı nə qədər ömürlərini, ölkələrinin gələcəyini səngərdə çürütmək mümkün olacaq? Ermənilərin səngərdə silahı artsa da, Ermənistan daxildə bütün sahələrdə sarsılmaqda davam edəcək. Azərbaycan isə heç bir təşvişə düşmədən sabit şəkildə inkişafını davam etdirməkdə olacaq. Azərbaycan öz iqtisadi-siyasi inkişafı çərçivəsində hərbi mövqelərini daha da gücləndirmək üçün daim ermənilərə təzyiq siyasətini davam etdirməlidir. Ermənistanda əhalinin Qarabağdan aldığı zərbələr hiss olunduqca, bu onların dövlətçiliyini də zəiflədək, xalqın da mübarizə əzmini öldürəcək”.
Z.Oruc hesab edir ki, dördgünlük savaşda qazandığımız uğuru heç bir arqument inkar edə bilməz: "Ermənilər nə qədər çalışsalar da, hərbi güc balansı bərpa olunmayacaq. Yalnız bunu demək kifayətdir ki, Azərbaycan aprel savaşından sonrakı dövrdə, son aylar ərzində elə müasir silahlar alıb ki, əgər beynəlxalq dairələri neytrallaşdırmaq mümkün olsa və biz ermənilərlə üz-üzə qalsaq, Dağlıq Qarabağ münaqişəsinin taleyini qısa bir müddətdə həll edərik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi