24-10-2016 [12:29]
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərlərinin yeganə məqsədi var: Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürmək! Belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün bölgəyə səfər edən həmsədrlərin gəliş məqsədlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmsədrlərin səfəri həm də ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında hesabat versinlər. Desinlər ki, vəziyyət nəzarət altındadır:
"Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacağı hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər. Ən pis halda isə iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər".
Politoloqun sözlərinə görə, həmsədrlərlə görüş Ermənistan hakimiyyətinə status-kvonu uzatmaq üçün daha çox lazımdır:
"Belə baxanda aprel döyüşlərindən sonra Vyana və Sankt-Peterburqda keçirilən görüşlər də status-kvonun uzanmasına şərait yaratdı. Vyana və Sankt-Peterburqdakı görüşlər münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə ATƏT-in cəbhə bölgəsində monitorinq çalışmalarını genişləndirmək fikri ilə yekunlaşdırdı.
Bu çalışmalar Ermənistanın xeyrinədir ki, ATƏT cəbhə bölgəsindəki vəziyyəti daima nəzarətdə saxlasın. Bu cür monitorinq Azərbaycan ordusunun işğalçını daima təzyiq altında saxlamasına ziddir. Bunun nəticəsidir ki, apreldən bu yana ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Çünki bu, bizə lazım deyil. Belə çıxır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ATƏT atəşkəsi monitorinq etməklə bu işğalın uzunmasını təminat altına alır".
E.Şahinoğlu deyir ki, Azərbaycan prezidenti İlham Əliyev imitasiya xarakterli görüşlərə ehtiyac olmadığını bir neçə dəfə vurğulayıb. Bu isə o deməkdir ki, ilin sonuna qədər prezidentlərin görüşü sual altındadır:
"Minsk Qrupu həmsədrləri işğal atındakı torpaqların boşaldılmasını əvvəlkitək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirirlər. Bu haqda ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik bölgəyə səfər etmədən öncə açıq bəyan edib. Torpaqların boşaldılmasının Dağlıq Qarabağın statusunun müəyyənləşdirilıməsi ilə şərtləndirilməsi münaqişənin "paket həllidir” ki, rəsmi Bakı danışıqların getdiyi 20 ildən çox müddətdə bu prinsipdən dəfərlərlə imtina edib.
Həmsədrlər danışıqları sürətləndirmək üçün passiv mövqe nümayiş etdirsələr də, apreldəki döyüşlərin bir daha təkrarlanmaması üçün fəaldırlar. Onların bölgəyə səfərləri və prezidentəri görüşdürmək istəkləri də məhz bu məqsədə xidmət edir. Ancaq bu, Azərbaycanın məqsədinə tərs düşür.
Danışıqlarda irəriləyiş yoxdursa, cəbhə bölgəsində atəşkəs intensiv pozulursa, işğal edilmiş ərazilərdə yenə hərbi təlimlər keçirilirsə, üstəgəl, Ermənistan hakimiyyəti həmsədrlərin Bakıda müzakirə apardığı dəqiqələrdə "torpaqların boşaldılmasından söhbət bele gedə bilməz” deyirlərsə, bu prosesə "yox” deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir.
Həmsədrlər danışıqların imitasiyasıyla sadəcə hərbi toqquşmanın tarixini bir müddət üçün ləngidə bilərlər, ancaq tam qarşısının alınması onların imkanı xaricindədir.
Məşhur filmdə deyildiyi kimi "artıq düyməyə basılıb və mexanizm işə düşüb, bunun qarşısını kimsə ala bilməz”. İndi apreldə də düyməyə basılıb və mexanizm işə düşüb. Mexanizmin adı "torpaqların işğal azad edilməsidir”".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi