24-10-2016 [11:57]
Məlum olduğu kimi, Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq edilsin. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunsun.
Fərmanın vətəndaş cəmiyyətinin inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqovun fikirlərini öyrəndik .
- Rufiz müəllim, Prezident İlham Əliyevin imzaladığı məlum fərman QHT-lərin inkişafına necə təsir göstərəcək?
- Öncə bildirim ki, bu fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamıdır. QHT-lərin inkişafıdı, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə həyata keçirilən bu siyasət nəticəsində vətəndaş cəmiyyəti dövlət və ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir.
Bilirsiniz ki, iki il öncə QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Heç kəsə sirr deyildi ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusilə də, xaricdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər vardı. Bu iki il ərzində həmin təşkilatlar saf-çürük edildi, müəyyənləşdi və bəzilərinin barələrində hüquqi tədbirlər görüldü. Bəzi QHT-lərin qrant vəsaitlərini təyinatı üzrə istifadə etməməsi, dövlət və milli maraqlara zidd, xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərmələri ötən müddət ərzində bir daha aşkara çıxarıldı.
Bununla belə iki il əvvəlki dəyişikliyin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi məqsədiylə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya QHT-lərin, beynəlxalq təşkilatların təkliflərini toplayaraq beynəlxalq donorların Azərbaycandakı fəaliyyətilə bağlı qaydaların sadələşdirilməsi üçün təkliflər hazırladı. Buütün bunlar QHT-lərin inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına yönəlmiş addımlar idi.
Nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə "bir pəncərə” prinsipinin tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalandı. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır.
– Necə düşünürsünüz, bəzi QHT-lər yaradılan bu imkandan sui-istifadəyə yol verməyəcəklər ki?
– Hesab edirəm ki, QHT-lər Prezidentin bu addımını layiqli qiymətləndirməlidirlər. Çünki dövlət onların qaldırdıqları problemlərin həllinə adekvat reaksiya verib. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər vardı ki, bu Fərmanda onlar öz əksini tapıb.
Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Nazirlər Kabineti nəzərdə tutulan müddətdə qaydaları hazırlayıb aidiyyəti üzrə təqdim edəcək.
Hesab edirəm ki, yaradılmış hüquqi mexanizm, qaydalar QHT-lərin yaradılan imkanlardan sui-istifadəsinin qarşısını alacaq. Burada narahatlığa ciddi əsas görmürəm.
- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına hansısa əngəllər yaradıldığını iddia edirlər. Sizcə, Prezidentin imzaladığı Fərman bu kimi iddialara son qoyacaqmı?
- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ilk növbədə dövlətin özü maraqlıdır. Zaman-zaman biz dövlətin QHT-lərə dəstəyinin şahidi olmuşuq. Bu gün dövlətin dəstəyi olmadan QHT-lərin inkişafından, effektiv fəaliyyətindən danışmaq mümükün deyil. İstər QHT-lərin maliyyələşməsində, onlarla əməkdaşlığın qurulmasında, proqramların effektiv icra edilməsində dövlətin dəstəyi danılmazdır.
Hazırda QHT-lərin qeydiyyatı ilə bağlı da problemlər tam aradan qaldırılmaqdadır. Bəzi xarici dairələrin Azərbaycanda QHT-lərin fəaliyyətinə dair tənqidi hesabatlarının əsl mahiyyəti bizə bəllidir. Bu tənqidlər daha çox siyasi xarakter daşıyır və həmin dairələrin Azərbaycanın gücünü, inkişafına olan münasibətlərindən irəli gəlir. Biz bu cür qərəzli yanaşmalara o qədər də əhəmiyyət verməməliyik.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi