23-10-2016 [22:37]
"Təkcə Akif Çovdarovun yox, onun qohum-əqrabasının da əmlakına həbs qoyulub. Ancaq belə bir sübut yoxdur ki, onlara məxsus olan əmlakı Akif Çovdarov və ya ailə üzvləri deyildiyi kimi hədə-qorxu yolu ilə əldə etdiyi pulla qazanıb və ya evini bununla tikib”.
Mia.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında ləğv edilmiş MTN-nin həbsdə olan generalı Akif Çovdarovun vəkili Kamandar Nəsibov deyib.
Vəkil qeyd edib ki, Çovdarovun ailə üzvlərinə - qızlarının, oğlunun, kürəkənlərinin və həyat yoldaşının adı olan əmlaklara həbs qoyulub. Həbs qoyulan əmlaklar arasında Nizami rayonunda yerləşən "Vosmoy” bazarı da var.
"İki qızının, oğlunun və digər qohumlarının əmlakına həbs qoyulub. Onlar da istintaqa ifadələrində deyiblər ki, həbs qoyulan əmlaklar onlara məxsusdur. Və onlar həmin əmlakları hansı yollarla qazandıqlarını da izah edirlər.
"Vosmoy” bazarının 50 faizi Akif Çovdarovun kürəkəninə məxsusdur. Şirkətdə 50 faiz pay sahibi Çovdarovun qızıdır. Həmin bazara da həbs qoyulub”- deyə vəkil bildirib.
Vəkilin açıqlaması zamanı məlum olub ki, Çovdarova dövlət tərəfindən verilmiş mənzilə də həbs qoyulub. General həmin mənzili oğluna bağışlayıbmış.
"Akif Çovdarova dövlət tərəfindən verilən mənzilə də həbs qoyulub. Həmin mənzil MTN əməkdaşlarına ayrılmış mənzillərdən biri olub. Mənzilin yerləşdiyi binada digər yüksək vəzifəli məmurlara da evlər verilib və onlar qonşu idilər. Bu mənzil də ona əvəzsiz olaraq dövlət tərəfindən verilib. Akif Çovdarov isə həmin mənzili oğluna vermişdi”- deyə vəkil açılamasına əlavə edib.
Çovdarovun Badamdarda yerləşən yan-yana olan üç villasına da həbs qoyulub. K. Nəsibov deyib ki, həmin villalarda Çovdarovun qızları və oğlu yaşayır.
"Badamdarda olan 3 villadan birində Akif Çovdarov oğlu ilə, digərlərində isə qızları ailəsi ilə yaşayır. Ayrı-ayrı evlərdir. Ancaq aralarında hasar yoxdur. Həmin villaların hər birinin özünün çıxarışı var və ailə üzvlərinə məxsusdur. Bir ailə kimi orada yaşayıblar. İndi həmin evin üçünə də həbs qoyulub. Hətta nəvələrinin planşetləri, uşaqların cizgi filmləri olan diskləri də istintaq orqanları tərəfindən əllərindən alınıb. Ailə üzvləri də bununla bağlı müvafiq qurumlara müraciət ediblər. Ancaq nəticə yoxdur”.
Vəkil əlavə edib ki, Akif Çovdarova məxsus olduğu deyilərək həbs qoyulan əmlaklardan biri də "Bəhrə 2010” MMC-dir.
MMC-nin parniklərində pomidor yetişdirilərək Rusiyaya göndərilir.
Kamandar Nəsibov deyir ki, MMC Akif Çovdarovun xanımın adına olsa da faktiki rəhbərləri Rusiyada yaşayan biznesmenlərdir:
"Ramal Səfərov adlı şəxs istintaqa şikayət etmişdi. MMC-nin onun əlindən alınması ilə bağlı. Onun şikayəti üzrə "Bəhrə 2010”la bağlı araşdırmalar aparıldı. Verilən ifadələrlə məlum oldu ki, MMC Akif Çovdarovun xanımın adına olsa da faktiki sahibləri Rusiyada yaşayan iş adamlarıdır. İstintaq zamanı araşdırma aparılaraq tamşəkildə aydınlaşdırıldı ki, həmin parniklərin salınmasında qoyulan vəsait Rusiyada yaşayan əslən azərbaycanlı olan iki biznesmenə məxsusdur. Lakin həmin şəxslərdən biri Akif Çovdarovun xanımı ilə qohum olduğundan Bakıda MMC onun adına təsis edilib. Həmin adamların bu şəkildə Bakıda çoxlu sayda parnikləri var. O, biznesmenlərin Baş Prokuroluqda yüksək vəzifə tutan şəxslərdən birinin qardaşı ilə də şərikliyi var”.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi