23-10-2016 [21:55]
Son bir ildə dənizdə neft çıxaran neftçilərin həyatları bahasına üzləşdiyi qəzalar bu sahəyə diqqəti xeyli artırıb.
Mia.az xəbər verir ki, elə bu və ya digər məqamları nəzərdə tutan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Feysbuk"dakı səhifəsində ciddi faktlarla zəngin sual səsləndirib.
Mia.az Mirvari Qəhrəmanlının həmin statusunu təqdim edir:
"Araşdırılmalıdır ki, niyə neftçiləri Neft Daşlarına işə aparıb gətirmək üçün təzə Müslüm Moqamayev gəmisi yox, 1983-cü ildə Finlandiyada inşa olunan Sabit Orucov gəmisi sifariş olunur?! Niyə "Xəzər dəniz Neft Donanması" idarəsi SOCAR tərkibindən çıxarıldı?! Nəyə görə "Caspian Marine Services" şirkəti gəmiləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC -dən ucuz qiymətə icarəyə götürüb, SOCAR-a və BP-yə baha qiymətə verməlidir?
"Caspian Marine Services" kimə məxsusdur? Bu niyələrə kim cavab verə bilər?!".
Mia.az-ın ilkin araşdırması zamanı aydın olub ki, "Caspian Marine Services" şirkəti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəsmi partnyoru qismində çıxış edir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev ,
"Caspian Marine Services" şirkətinin hüquqi ünvanı Bakı şəhəri N.Əliyev küçəsi 38 A ünvanında yerləşir. Şirkətin rəsmi internet səhifəsindən görünən odur ki, qurumun rəhbəri xarici ölkə vətəndaşı Cari Rolaston, müavinləri isə azərbaycanlılar - Yaqub Mürsəlov, Akşin Əlizadə və Böyükağa Əsgərovdur.
"Caspian Marine Services"in icraçı direktoru isə Brian Garrad adlı əcnəbidir...
Diqqətçəkən digər nüans isə şirkətin ingilis, rus və azərbaycan dilli saytında rəhbərliyin heç birinin fotoları yerləşdirilməməsidir....
Ümumiyyətlə, ilk baxışdan Mirvari Qəhrəmanlının səsləndirdiyi kimi, ortaya belə bir sual çıxır:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bu gəmiləri niyə belə şirkətə icarəyə verib? Hansı məqsəd və hansı qiymətlə? Və ya niyə bu icarə məsələsini özləri deyil, ortaya hansısa bir şirkəti salmaqla həyata keçiriblər?
Hər halda kifayət qədər haqlı və ciddi suallara qarşı tərəfin cavab verməsi maraqlı olardı. Ən azından sarmaşıq vəziyyəti alan bu icarə oyunları ilə kimlərin hansı amacı hədəflədiyini cəmiyyətin bilmək haqqı var....
Bunlarla bağlı iş günündən etibarən, araşdırmalarımızı davam etdirəcəyik.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi