23-10-2016 [17:12]
Ölkəmizdə dəbdəbəli həyat tərzi sürən məmurlarından biri də Sabirabadın icra başçısı Nazim İsmayılov və ailə üzvləridir.
2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir.
Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmdə olub. N.İsmayılovun oğlanlarının adı ən müxtəlif qalmaqallarda hallanıb. Son illər ərzində mediada yer alan və rəsmən təkzib olunmayan həmin məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
Atasının xidməti maşınında qəza törədib?
Hələ 2014-cü ilin əvvəllərində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı. Məlumata görə, "hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı "Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki "VAZ 06” markalı avtomobili əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən "Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.

Nazim İsmayılov, icra başçısı
Polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb”. O zaman Sabirabad Rayon Polis İdarəsi məlumatı nə təkzib, nə də təsdiq etmişdi.
36 min dollara satışa çıxarılan maşın
İcra başçısının oğlunun adının avtomobillə bağlı hallanmasında bu yeganə hal deyil. Belə ki, cumhuriyyet.az olaraq bu istiqamətdə media üzərindən apardığımız araşdırmalar zamanı başqa bir məlumata da rast gəldik:


Nazim İsmayılovun oğlu Anarın öz avtomobilini satması barədə məlumat var.
"Auto.az” saytında yerləşdirilən bu elan onu tanıyan vətəndaşların da diqqətini çəkib. 2011-ci il istehsalı olan "Toyota Land Cruiser”i 36 min dollara satan Anar İsmayılov öz nömrəsini də saytda yerləşdirib (0502000423). Lakin Sabirabad "şef”inin oğlu saytda region olaraq Göyçay göstərib. Bundan başqa, elanda maraq çəkən bir hissə də var: o, avotomobilini "Lexus-570” ilə barter etməyə də hazırdır. Özünə lüks həyat tərzi, otel biznesi quran, bahalı və yüksək təchizatlı avtomobillərdə gəzən Anar İsmayılov bu böhrandan təsirlənibmi, yoxsa artıq bir maşında gəzməkdən bezib?”
İcra başçısı oğlunun 200 minlik avtomobili
Amma əldə etdiyimiz başqa məlumata görə, bu elanda gördüyümüz avtomobil onun yeganə avtomobili deyil, kolleksiyada daha 4-5 "inomarka”da var. Avtomobil satışı elanından bir müddət sonra Anar İsmayılov "Facebook” hesabında avtomobil alması ilə bağlı məlumat yaymışdı. Bununla bağlı da cumhuriyyet.az olaraq mediada yayılan məlumatlara diqqət yetirdik. Aparılan araşdırmalar zamanı bəlli olub ki, icra başçısının oğlu "Lexsus LX 570” markalı avtomobil alıb.
Bu markanın qiyməti Azərbaycanda 145-150 mindir.
Məlumdur ki, əksər məmmur övladları öz "oyuncaq”larını xaricdən sifarişlə gətizdirir. Bu zaman isə avtomobillərinə müəyyən detalların artırılmasını sifariş edirlər ki, bu da qiymətin artmasına təsir göstərir. Məlumata görə, Anar İsmayılov da yeni avtomobilinə müəyyən detalların artırılmasını sifariş verib və maşın ona təxminən 200 minə başa gəlib.
Göyçayda imarət, otel və obyektlər…
Sabirabad icra başçısı Nazim İsmayılovla bağlı mediada yer alan xəbərlərdən biri də Göyçay şəhərində oğluna dəbdəbəli villa tikdirməsi ilə bağlı olub.
Həmin məlumatda bildirilirdi ki, icra başçısı Göyçay şəhər Gənclər Mərkəzinin arxasında aldığı torpaq sahəsində oğlu Anar İsmayılova imarət ucaldır.
Sonradan Nazim İsmayılov və oğlu Anar İsmayılov imarət tikdirmələri barədə yayılan xəbərlərdan çox ciddi şəkildə narahat olublar və tikinti gedən ərazini başqa bir şəxsin adına sənədləşdirməyə qərara veriblər.
Məlumatda o da bildirilirdi ki, icra başçısının oğlu üçün tikdirdiyi imarətin toprağı məhşur azərbaycanlı iş adamı, hazırda Rusiyada iflası elan olunan Telman İsmayılovun, (AST Telman), ata yurdunun yerləşdiyi torpaq olub. Ərazini başqa bir şəxs İsmayılovlardan aldıqdan sonra oradakı köhnə evi uçurub.
Daha sonra isə baha qiymətə Nazim İsmayılovun oğluna və digər bir şəxsə satıb. İddia olunur ki, Nazim İsmayılovun oğlu Anar İsmayılov üçün həmin torpaq sahəsinə 70 min manata alıb.
Qeyd edək ki, Göyçay şəhərində ən bahalı ərazi məhz Gənclər Mərkəzinin arxası hesab olunur. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq mövzu ilə bağlı media üzərindən apardığımız araşdırmalarda o məlumata da rast gəldik ki, Sabirabad icra başçısı Nazim İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu obyektlərdən ən böyüyü rayonin Heydər Əliyev prospekti 88-də yerləşən "Çinar Mehmanxana”sı, "Çinar” şadlqı evi və ətrafındakı bir neçə obyektdir. Qeyd edək ki, Göyçay şəhərində ən dəbdəbəli otellərdən biri olan "Çinar” otelin müasir srandartlara cavab verən bir obyektdir.
Səyahət və "xüsusi əyləncələr”ə meyllilik
Lap bu günlərdə isə Sabirabad rayon İcra hakimiyyətinin başcısı Nazim İsmayılovun oğlunun müxtəlif xarici ölkələrdə çəkilən fotoları yayıldı.
Fotolarda icra başçısının oğlu Anar İsmayılovun səyahət və "xüsusi əyləncələr”ə meylli olduğu açıq sezilir. Anar İsmayılovun müxtəlif şəhərlərdə çəkilmiş fotolarından bəzilərini təqdim edirik:
Bütün bunlardan sonra ortaya bir sual çıxır: icra başçısı 1500 manatlıq maaşlla milyonlarla manat dəyəri olan villaları, 200 min dollarlıq avtomobilləri necə alır?
Cumhuriyyet.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi