23-10-2016 [14:12]
Qubanın ən qədim kəndlərindən biri hesab olunan Qonaqkənd qəsəbəsi təhlükəli vəziyyətlə üzləşib. Belə ki, Vəlvələ çayının vadisində yerləşən qəsəbə sakinləri sel qorxusu ilə yaşayır.
Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaradır.
Kənd sakinləri deyir ki, son günlər bu təhlükələr daha da artıb. Vəziyyət o qədər kritikləşib ki, hətta bu yaxınlarda Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərinini belə sel yuyub.
Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun Mia.az-a verdiyi məlumata görə son günlər yağan güclü yağışlar və əriyən qarın nəticəsində çayın səviyyəsi xeyli qalxıb evlərin hasarlarına çatıb və hətta həyatyanı səhələrə dolub.
Ən acınacaqlısı isə selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyan yox, birbaşa onların həyatına təhlükə yaratmasıdır.
Kənd sakinləri bildirirlər ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsələr də ciddi heç bir tədbir görülmür. Halbuki real vəziyyət ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq təxirəsalınmaz tədbirlərin görülməsinə tələb edir.
Niyatulla Orucov bildirir ki,sürüşmə nəticəsində keçmiş Atuş kəndi ərazində Vəlvələ çayının qabağı "boğulub” və çayın məcrası genişlənib,suyun da səviyyəsi qalxıb. Niyatulla Orucov həyacan təbili çalaraq deyir ki, son zamanlar qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən səksəkə içindədir:
"Hər an faicə baş verə bilər,camaat su içində qala bilər. Sentyabr ayının 2-si, 24-ü,17-si,oktyabr ayının isə 13-ü, 15-i və 17-si çayın səviyyəsi artıq evlərə çatmışdır. Elə ilk təhlükə zamanı- sentyabr ayı mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqaram vurdum. Onlar da teleqaramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bi cavab məktubu gəldi ki, hansı ki, bu cavabdan normal heç nə başa düşmək olmur. Cavabdan ümumən belə başa düşmək olur ki, onlar nəsə tədbir görməyə tələsmirlər, daha doğrusu istəmirlər. Elə bil biz A-dan danışırıq onlar bizə B-dən nağıl danışırlar. Halbuki təhlükə vəziyyətində yaşayırıq və dedyimi kimi hər an faciə baş verə bilər.
Bu cür laqeyd cavaba görə biz təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halı görünür, onların veclərinə deyil.
Yerli bələdiyyəyə də, Quba icra hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Ancaq yerli orqanlar hər dəfə deyirlər ki,məsələdən məlumatlıyıq.Gəlib baxıblar da. amma deyirlər onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Bizim isə istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz revimizdə rahat yaşaya bilək, ya da bizi buradan köçürsünlər. Çünki bu vəziyyətdə, özü də payız-qış aylarında hər gün, hər saat həyacan içində yaşayırıq. Əgər bizim imkanımız olsa idi, biz özümüz nəsə bir tədbir görərdik,amma bizim belə imkanımız yoxdur. Allahın ümidinə qalmışıq... ”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi