İki qurumun ləğvinə başlanılıb - Məleykə Abbaszadə açıqladı

img

22-10-2016 [13:49]


"Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs oktyabrın 19-da dövlət qeydiyyatına alınıb”. Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) DİM-də birləşib.

M. Abbaszadə qeyd edib ki, DİM-də ləğvetmə komissiyaları fəaliyyətə başlayıb: "Hazırda çox ciddi ləğvetmə prosesi gedir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA