İranlı hərbçilər Azərbaycan Ali Hərbi Məktəbində – FOTOLAR

img

21-10-2016 [22:28]


Ölkəmizdə dostluq səfərində olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Bu barədə Mia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib, hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib və qonaqlar hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA