"Əsgər qeyri-döyüş şəraitində həlak olub” - Nazirlikdən sosial şəbəkələrdə yayılan xəbərə reaksiya

img

21-10-2016 [22:24]


Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçumuzun kəşfiyyat-diversiya nəticəsində şəhid olması barədə sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Bir daha bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və şəhid verməyib. Təəssüflə qeyd edirik ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həşimov Yusif Yunis oğlu oktyabrın 20-də səhər saatlarında qeyri-döyüş şəraitində həlak olub”, - məlumatda qeyd olunur.

Müdafiə Nazirliyi bildirir ki, hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və ölüm faktının baş verməsi səbəbləri araşdırılır: "Bir daha xatırladaq ki, ordumuzla bağlı həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilmədən sosial şəbəkələr vasitəsilə yayılması bilavasitə düşmənin maraqlarına xidmət edir”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA