21-10-2016 [16:04]
Azərbaycanda məmurların dəbdəbəli villalara məxsus olduqları ilə bağlı faktlar mətbuatın gündəmindən düşmür. Aldıqları əmək haqları ilə milyon manatlarla ölçülən villa sahibi olmağın mümkünsüzlüyünə baxmayaraq, belə mülk sahiblərinin sayı durmadan artır.
Hazırda sizə təqdim etdiyimiz villa da hansısa məmurundur. Mia.az xəbər verir ki, anonim mənbədən Xətai rayonu, Cavanşir küçəsində məmurların birinə aid möhtəşəm villanın olması ilə bağlı məktub bakupost-a ünvanlanıb. Məktubda bildirilir ki, həmin villa Xətai Rayon icra Hakimiyyəti başçısının müavini Rafiq Quliyevə məxsusdur.
Məktubu yazan şəxs isə daxmada yaşayan məcburi köçkün ailəsindən olduğunu deyir. Məktubda bildirilir ki, illərdir, uçmaq təhlükəsi olan yataqxanada qaçqın həyatı yaşayan, səfalət içərisində həyat sürən insanların gözü önündə belə bir mülkün salınması hamıda qıcıq doğurur: "Bu evin sahibi iş adamı, biznesmen olsaydı, bizə bu qədər ağır gəlməzdi. Bu evi tikən əslində, bizə xidmət etməli olan, qayğımız, dərdimizə şərik olması vəzifə borcu olan, bir məmur, rayonumuzu idarə edən şəxslərdən biridir. Vicdanlı məmur bizim vəziyyətimizi görə-görə, bizim gözümüzün önündə kral həyatı yaşadığını necə nümayiş etdirə bilər?”.
Əməkdaşımız həmin ərazidə olub. Sakinlərlə söhbətində dəqiqləşdirib ki, Cavanşir küçəsində, magistral yolun kənarında yerləşən dəbdəbəli villa həqiqətən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Quliyevə məxsusdur.
Villa hündür hasarlarla əhatələnib. Bundan əlavə villanın həyətində əlavə olaraq bir tikili də var. Burada isə villanın mühafizəçisi yaşayır. Adının çəkilməsini istəməyən sakinlər bildirib ki, villanın tikintisinə xeyli sayda işçi və texnika cəlb olunub, bahalı tikinti materiallarından istifadə olunub. Villanın ümumi qiymətinin ilkin baxışdan 1 milyon manata yaxın olduğu görünür.
Əməkdaşımız həmin villanın sahibi olduğu iddia edilən R.Quliyevlə əlaqə saxlamağa çalışır. Mövzunu davam etdirəcəyik.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi